Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış tamaşanın premyerası keçirildi

Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış tamaşanın premyerası keçirildi
8 noyabr 2022
# 10:00

Gürcüstanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gürcü dilinə tərcümə edilmiş “Dünya yuxutək əriyir” adlı kitabında yer alan şeirləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, İvane Maçabeli adına Sxinvali Peşəkar Dövlət Dram Teatrı tərəfindən səhnələşdirilmiş tamaşanın premyerası Tbilisidə Şota Rustaveli adına Dövlət Teatrında baş tutub.

Premyeradan öncə səhnədə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev qeyd edib ki, Leyla Əliyevanın əsərləri Gürcüstanın tanınmış şairəsi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili tərəfindən gürcü dilinə tərcümə edilərək nəşr edilib. Səfir əlavə edib ki, 2 il sonra İvane Maçabeli adına Sxinvali Peşəkar Dövlət Dram Teatrının rəhbəri, Gürcüstanın Dövlət Mükafatı Laureatı, Azərbaycanın əməkdar artisti Qoça Kapanadzenin təşəbbüsü ilə səhnəyə qoyulub.

Faiq Quliyevin sözlərinə görə, bu, Azərbaycan və Gürcüstan arasında qarşılıqlı mədəni əlaqələrin bariz nümunəsidir.

Tamaşanın bədii rəhbəri Qoça Kapanadze uğurla keçən premyeradan sonra jurnalistlərə açıqlamasında aktyorların performansından razı qaldığını qeyd edib: “Leyla xanım çox mükəmməl fəlsəfi və həssas bir şairədir. Makvala Qonaşvilinin tərcüməsi isə əla alınıb. Mən düşünürəm ki, dünya premyerası Tbilisidə çox gözəl həyata keçirildi və aktyorlar öz rollarını çox yaxşı sərgilədilər. Onlar Leyla xanımın poeziyasında olan metaforaları çox yaxşı canlandırdılar”.

Tamaşanın ssenari müəllifi Makvala Qonaşvili qeyd edib ki, Leyla Əliyevanın şeirlərinin Tbilisidə səhnələşdirilməsi ilə iki xalq arasında daha bir mədəni körpü salınıb: “Bu gün əsl incəsənət bayramıdır. Çünki Leyla Əliyevanın parlaq şeirləri nümayiş edildi və Gürcüstanın tanınmış aktyorları onun şeirlərini səhnələşdirdilər. Həmçinin qeyd edim ki, bu premyera sayılıb-seçilən rejissor Qoça Kapanadze tərəfindən səhnələşdirilib. Zal poeziya sevən insanlarla dolu idi. Bu gün Gürcüstan və Azərbaycan xalqları arasında daha bir əhəmiyyətli körpü salındı və bu böyük adət-ənənəyə, isti münasibətlərə malik iki xalq üçün bir bayramdır. Fəxrlə deyə bilərəm ki, Leyla Əliyevanın mükəmməl poeziyası mənim tərcüməmlə gürcü dilində səsləndirildi. Bu, dövrümüzdə çox nadirən rast gəlinən heyrətamiz müasir və gözəl bir poeziyadır. Düşünürəm ki, bu gürcü xalqı üçün gözəl bir hədiyyə oldu. Ümumiyyətlə, böyük insanların övladı olmaq, böyük əcdadlara sahib olmaq bir tərəfdən qürurverici, digər tərəfdən isə çox məsuliyyətlidir. Leyla xanım öz parlaq poeziyası ilə Əliyevlər soyadının ləyaqətli varisi olduğunu bir daha sübut etdi. Kitab isə özlüyündə nəinki poeziyası ilə, həm də rəsmləri ilə çox maraqlıdır. Bu parlaq gün münasibətilə həm Gürcüstanı, həm də Azərbaycanı təbrik edirəm”.

Tanınmış gürcü aktyor, Azərbaycanın Dövlət Mükafatı Laureatı Davit Uplisaşvili də premyeranın kifayət qədər uğurlu keçdiyini qeyd edib:

“Tamaşanın təqdimatında iştirak etmək mənim üçün bir fəxr idi. Çünki Azərbaycan və onun xalqı mənim üçün çox əzizdir. Mən Azərbaycanın Dövlət Mükafatı Laureatıyam və bunu mənə ulu öndər Heydər Əliyev özü verib. Xoşbəxtəm ki, onun nəvəsinin belə dərin düşüncəli şeirlərinin səhnələşdirilməsində iştirak edirəm. Buna görə hər kəsə, dəstək olan həmkarlarımıza, tamaşaçılara və Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm”.

“Dünya yuxutək əriyir” adlı teatr tamaşasının rolları Gürcüstanın tanınmış aktyorları tərəfindən canlandırılıb. Tumanişvili Teatrının aktrisası Ana Matuaşvili layihənin olduqca maraqlı və məsuliyyətli olduğunu vurğulayıb:

“Ümumiyyətlə, bu layihə üzərində işləmək çox maraqlı idi. Bu mənim üçün bir fəxr və məsuliyyət idi, çünki çox peşəkar aktyorlarla eyni səhnəni paylaşdım və buna görə də çox xoşbəxtəm. Leyla xanımın poeziyası və onun ilhamı mənim üçün çox maraqlı idi. Bu, mənim ən dərin hisslərimi oyatdı, baş verənləri sanki mən özüm yaşamış kimi oldum. Onun, Makvala Qonaşvili tərəfindən tərcümə olunmuş bütün sözləri mənim ruhuma elə yaxın oldu ki, o sözlərə qarşı biganə qalmaq mümkün deyil”.

Tamaşanın premyerasında həmçinin Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Gürcüstanın tanınmış mədəniyyət və incəsənət xadimləri, aktyorlar, jurnalistlər, Gürcüstanın azərbaycanlı ziyalıları, iş adamları iştirak ediblər.

# 977 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #