Leonardo Da Vinçinin qohumları tapıldı

Leonardo Da Vinçi, rəssam

Leonardo Da Vinçi, rəssam

23 may 2025
# 18:40

“Leonardonun DNT-si” layihəsinin tədqiqatçıları dahi rəssamın soy ağacının ən dəqiq versiyasını hazırlayıblar və hətta genealoji analizlər vasitəsilə onun altı sağ qohumunu tapdıqlarını bildiriblər.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, Leonardo da Vinçi İrs Assosiasiyasından Alessandro Vezzosi və Anyese Sabatonun müəllifi olduğu “Genìa Da Vinci. Genealogy and Genetics for Leonardo’s DNA” kitabı rəssamın təxminən 700 ili əhatə edən, 21 nəsildən ibarət və 400-dən çox şəxsi əhatə edən mürəkkəb soy ağacını sənədləşdirir.

Tarixi arxivləri dərin araşdıran tədqiqatçılar da Vinçinin uzun müddət itib getmiş soy ağacının budaqlarını bərpa etməyə nail olublar. Onlar həm atasından, həm də qardaşı Domeniko Benedettodan gələn xətt üzrə 15 sağ kişi nəslini müəyyənləşdiriblər.

Növbəti mərhələdə tədqiqatçılar bu şəxslərin DNT-sini analiz ediblər. “Leonardonun DNT-si” layihəsinə rəhbərlik edən və Florensiya Universitetinin Biologiya fakültəsinin professoru David Karamelli, məhkəmə antropoloqu Elena Pilli ilə birgə bu altı kişinin genetik materialını yoxlayıb.

Əlamətdar məqam odur ki, bu altı şəxsin hamısında Y xromosomunun uyğun seqmentləri tapılıb - bu, yalnız kişilər xətti ilə ötürülən genetik işarədir. Alimlərə görə, bu fakt da vinçilərin kişi xəttinin azı 15 nəsil boyunca genetik baxımdan pozulmadan davam etdiyini sübut edir.

Leonardo da Vinçinin özünə məxsus təsdiqlənmiş DNT heç vaxt müəyyən edilməyib. Alimlər onun bir neçə qohumunun dəfn olunduğu Vinçi şəhərindəki Santa Kroeç kilsəsindəki qəbirlərdən çıxarılan sümük fraqmentlərini analiz ediblər. Lakin yalnız bir nümunə ilkin genetik analizdən keçib və bu nəticələr yeni kitabın əsasını təşkil edib.

Alimlər əlavə analizlərin zəruri olduğunu bildirirlər. Bununla belə, artıq məlumdur ki, tapılmış qohumlar Leonardo da Vinçinin birbaşa nəslindən deyillər, çünki onun övladları olmayıb. Tarixçilər və bioqraflar, onun qeyri-ənənəvi seksual oriyentasiyaya malik olduğunu ehtimal edirlər.

“Lakin biz bilirik ki, Leonardonun çoxlu sayda qardaş və bacıları olub,” – nəşr vurğulayıb.

# 1457 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər