Kukla teatrı müsabiqə elan etdi

Kukla teatrı müsabiqə elan etdi
14 aprel 2022
# 16:20

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı vətənpərvərlik, Qarabağın işğaldan azad olunması və ümumilikdə şanlı Zəfər tariximiz mövzusunda birpərdəli pyes müsabiqəsi elan edib.

Bu barədə kulis.az-a teatrın mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, uşaq və yeniyetmələrə vətənpərvərlik hisslərinin aşılanması, qalib ruhun teatr səhnələrinə daşınması məqsədilə elan olunan müsabiqədə mövzu dairəsi geniş, müəlliflər üçün isə hər hansı məhdudiyyət yoxdur.

Sənətin, səhnənin dili ilə tamaşaçılara haqq savaşımız, tarixi qələbəmiz barəsində emosional təsirə malik, yüksək bədii keyfiyyətli səhnə işləri təqdim etməyə çalışan teatrın yaradıcı heyəti qalib pyes üçün pul mükafatı da təyin edib.

Bundan başqa, seçilən əsər əsasında tamaşanın hazırlanıb cari repertuara daxil edilməsi və ölkə miqyaslı qastrollarda nümayişi də nəzərdə tutulub. Xatırladaq ki, əsərlərin qəbulu mövsümün sonunadək davam edəcək və seçilən nümunə barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Onu da qeyd edək ki, müsabiqə ideyası bu il martın 10-da tanınmış mədəniyyət, ədəbiyyat, incəsənət və elm xadimlərinin iştirakı ilə teatrda baş tutan "Müasir uşaq ədəbiyyatı və onun səhnə yolu" mövzulu geniş müzakirədə irəli sürülüb və yekdilliklə dəstəklənib. Teatrın mətbuat xidməti

# 2732 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər