"Kapitan və Xəzər dənizi" filminin istehsalı yekunlaşıb

"Kapitan və Xəzər dənizi" filminin istehsalı yekunlaşıb
21 aprel 2025
# 09:30

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin 2023-cü ildə keçirdiyi "Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi"də qalib olan, "Kapitan və Xəzər dənizi" qısametrajlı sənədli filminin istehsalı yekunlaşıb.

Kulis.az xəbər verir ki, “Rental Azərbaycan” MMC tərəfindən istehsal olunan filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn, prodüseri Emil Nəcəfovdur.

Filmin animasiya hissəsi isə "Harmony of Chaos" studiyasında istehsal olunub.

Film 1990-cı ilin 20 yanvar günü baş verən ümumxalq faciəsindən, Xəzər Dəniz Neft Donanmasının kapitanlarının, həmçinin hadisələri lentə alan jurnalist və operatorların qəhrəmanlıqlarından bəhs edir.

Qeyd edək ki, Krakov film festival marketində, "Beldocs pitching forum və Balkan watchers" proqramlarında iştirak etmiş filmə Currenttime TV, İctimai TV və Azərbaycan Kinematoqrafçılar İttifaqı da dəstək göstərib.

# 1957 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər