“İslam dünyasının mədəniyyət paytaxtı – Şuşa” adlı elektron məlumat bazası hazırlanıb

“İslam dünyasının mədəniyyət paytaxtı – Şuşa”  adlı elektron məlumat bazası hazırlanıb
5 avqust 2024
# 13:01

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “İslam dünyasının mədəniyyət paytaxtı – Şuşa” adlı elektron məlumat bazası hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Görkəmli şəxsiyyətlər Şuşa haqqında”, “Tarixi”, “Tarixi abidələr”, “İnzibatı quruluşu”, “Görkəmli şəxsiyyətləri”, “Nəşrlər”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/IDMP-SHUSA/index.html linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi haqqında qəbul edilmiş qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev “Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir” deyiminin uzaqgörənliyində, Şuşa Ulu Öndər üçün təkcə yaşayış məkanı yox, azərbaycanlıların milli rəmzi, mədəniyyətimizin, tariximizin simvolu idi. Bu gün beynəlxalq tədbirlərə ev sahibliyi edən, əvvəlki simasını özünə qaytaran Mədəniyyət paytaxtımız 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülməsi onun tək bizim üçün deyil bütün islam aləmi üçün nə qədər böyük əhəmiyyətə malik olduğundan xəbər verir.

# 2312 dəfə oxunub

Oxşar xəbərlər

Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır

Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır

15:00 19 sentyabr 2026
Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra

Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra

14:30 19 sentyabr 2026
"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

14:10 19 sentyabr 2026
"Hə də, sizə hər şeyi deyiblər..." - Səlim Babullaoğlunun "Xatırladıqlarım" silsiləsindən I yazısı

"Hə də, sizə hər şeyi deyiblər..." - Səlim Babullaoğlunun "Xatırladıqlarım" silsiləsindən I yazısı

14:00 19 sentyabr 2026
Conni Deppin oğlunun eskizi əsasında yaratdığı ilk heykəl İstanbulda

Conni Deppin oğlunun eskizi əsasında yaratdığı ilk heykəl İstanbulda

13:30 19 sentyabr 2026
Bu, "Qafqaz oyunu" deyil,  Azərbaycan xalq rəqsidir... - REPLİKA

Bu, "Qafqaz oyunu" deyil, Azərbaycan xalq rəqsidir... - REPLİKA

13:20 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər