“İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisi açılacaq

“İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisi açılacaq
27 fevral 2024
# 18:00

Martın 17-də Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılacaq. Yazın gəlişini bildirən Novruz bayramı ərəfəsində Mərkəzdə əlvan rənglərlə bol olan bahar təravətli ekspozisiya təqdim ediləcək.

Kulis xəbər verir ki, Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondu ilə birgə keçirilən sərgidə bu ölkənin muzey toplusundan olan 148-dən çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdiriləcək. Sərgi XIX əsrin sonu-XX əsrin əvvəlində Özbəkistanın mədəni-tarixi irsinə və milli geyimlərinə həsr olunub.

Sərgi bir neçə bölmədən - kişilərin milli geyiminin əsas elementi olan qızıl naxışlı çapanlar (uzun üst geyimi), Daşkənd, Cizax, Səmərqənd, Şəhrisəbz, Nurata və Buxara kimi şəhərlərdən əl ilə işlənmiş dekorativ tekstil - suzaninin nümunələrinin nümayiş etdiriləcəyi tikmə, Səmərqənd, Buxara və Qaraqalpaqstandan olan qədim ustaların gümüş, firuzə və digər qiymətli daşlardan hazırladıqları zərgərlik nümunələri bölmələrindən ibarət olacaq.

Sərgi XIX-XX əsrin əvvəlində Özbəkistana xas olan sənətkarlığın dirçəlişini əks etdirir.

Buxaranın qızıl tikmələri hər zaman Özbəkistanda digər sənət növləri arasında xüsusi yer tutub.

# 2432 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər