I Ümumrespublika Musiqi festivalı başa çatıb

I Ümumrespublika Musiqi festivalı başa çatıb
10 mart 2025
# 13:37

Gəncə Dövlət Filarmoniyasının 90 illiyinə həsr olunmuş Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının təntənəli bağlanış mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyas baş tutub.

Kulis.az xəbər verir ki, gecəni giriş sözü ilə açan Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov açaraq festivalın əhəmiyyətindən bəhs edib. O, Gəncə Dövlət Filarmoniyasının 90 illik yubileyi münasibətilə musiqi ictimaiyyətini təbrik edib.

Bağlanış mərasimində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Xalq artistləri Gülnaz İsmayılova, Şahnaz Haşımova, Sevinc İbrahimova, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Aybəniz Haşımova, Ehtiram Hüseynov, Tural Abdullayev, Səidə Tağızadə(fortepiano),Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solist Rüstəm Cəfərovun ifasında "Azərbaycan elləri", "Sevil" operasından Dilbərin mahnısı, "Gözün aydın" musiqili komediyasından "Baharımsan", "Dağlar qızı reyhan", "Kor ərəbin mahnısı", "Mən səni araram", "Evləri var xana-xana" xalq mahnısı, "Baharımsan", "Ulduz" romansları, Fortepiano və orkestr üçün Ərəb mövzularında konsert (I hissə) səsləndirilib.

Həmçinin orkestrin ifasında "Azərbaycan süitası", "Azərbaycan kapriççiosu" tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının 90 illiyinə həsr olunmuş Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı 4-9 mart tarixlərində ölkəmizdə ilk dəfə keçirilib.

Festival çərçivəsində Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar, bəstəkarın əsərlərindən ibarət konsert proqramları, "Sevil" operası, "Min bir gecə" baleti təqdim olunub.

# 1889 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər