I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi
19 aprel 2024
# 15:00

Azərbaycan Mətbuat Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi və “525-ci qəzet”in birgə təşkilatçılığı ilə I Gənc mədəniyyət müxbirləri məktəbi layihəsinə start verilib.

Kulis.az xəbər verir ki, layihənin məqsədi mədəniyyət sahəsi üzrə püxtələşmək arzusunda olan tələbələrin inkişafına təkan verməkdir. Layihə çərçivəsində hal- hazırda sözügedən istiqamətdə imzası tanınan, praktiki cəhətdən daha hazırlıqlı şəxslərin təlimçi qismində tələbələrlə söhbəti, həmin tələbələrin mədəni-kütləvi tədbirlərə cəlb olunması, öyrəndiklərini tətbiq etmək üçün müxtəlif tip materialların hazırlanması və işıqlandırılması, sonda isə I Gənc mədəniyyət müxbirləri məktəbinin xüsusi sertifikatının verilməsi nəzərdə tutulur.

Layihənin koordinatoru, “525-ci qəzet”in mədəniyyət şöbəsinin müdiri, gənc nasir Nadir Yalçın I Gənc mədəniyyət müxbirləri məktəbinin qarşıya qoyduğu məsələlər barədə tələbələrə məlumat verib.

Gənc mədəniyyət müxbirləri məktəbinin təlimçi qismində ilk qonağı “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, tanınmış şair Qulu Ağsəs olub. Peşəkar jurnalist olmaq üçün böyük zəhmət və əzmlə yanaşı, digər zəruri keyfiyyətlərdən söhbət açan Q.Ağsəs mətbuat sahəsindəki fəaliyyət dövründən bəhs edib. Təcrübədən keçirdiyi proseslərdən bəhs edən Əməkdar jurnalist “Yaxşı mədəniyyət müxbiri necə olmalıdır?” sualı ətrafında tezislərlə çıxış edib.

Diskussiya formatında davam edən görüşdə tələbələrin müxtəlif suallarını cavablandıran təlimçi auditoriyanın enerjisini və fəallığını yüksək qiymətləndirib, hər kəsə uğurlar arzulayıb.

“Udluz” jurnalının nəsr şöbəsinin müdiri, şair Taleh Mansur da görüşdə iştirak edib.

Qeyd edək ki, jurnalın müxtəlif nümunələrini tələbələrə təqdim edən T.Mansur “Ulduz”un fəaliyyət istiqamətləri barədə auditoriyaya məlumat verib.

# 2524 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər