Homoseksual tiktokerin qarşısında növbəyə düzülən kişilər...

Homoseksual tiktokerin qarşısında növbəyə düzülən kişilər...
16 mart 2026
# 12:00

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Son illər sosial şəbəkələr sadəcə ünsiyyət və əyləncə platforması olmaqdan çıxıb, insan davranışlarının bayağı şəkildə nümayiş edildiyi böyük bir virtual səhnəyə çevrilib. Bu səhnədə qadınlı-kişili bəzən elə mənzərələr yaranır ki, istər-istəməz düşünməyə məcbur olursan: bizim övladlarımız niyə bunları izləməyə məcbur qalmalıdır?

Doğrudur, son dövrlərdə sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edənlərin həbs olunması ilə bağlı hüquq- mühafizə orqanları tərəfindən xeyli addımlar atılır, onlar haqqında lazımi inzibati tədbirlər görülür. Amma bütün bu tədbirlər belə insanların özünü getdikcə daha rəzil duruma salmasının qarşısını almır.

Son günlərdə sosial şəbəkələrdə dolaşan belə bir paradoksun şahidi olmuşam. Özünün homoseksual olduğunu açıq şəkildə deyən məşhur bir tiktoker canlı yayım açır. Bunun özü ayrıca müzakirə mövzusu deyil - insanın şəxsi həyatı və oriyentasiyası onun öz seçimidir. Lakin diqqəti çəkən başqa bir mənzərədir.

Bu canlı yayımlara qoşulanlar arasında zahirən son dərəcə maskulen, atletik bədən quruluşlu, özünəinamlı görünən kişilər var. Amma qəribədir ki, ekranın o biri tərəfində nə olduğu bilinməyən bir növbəyə düzülən bu "brutal görünüşlü" kişilər başqa vaxt ittiham etdikləri homoseksual kimlikli həmin tiktokerin sözləri ilə irişə-irişə, qırışa-qırışa, sürüşə-sürüşə oturur, durur, çevrilir, bədənlərini göstərir, sanki görünməz bir səhnənin iştirakçılarına çevrilir, səssiz komanda gözləyən fiqurlar kimi davranırlar.

Burada insanın diqqətini çəkən məsələ heç də kiminsə kimliyi deyil. Məsələ insan davranışının sosial şəbəkə mühitində necə dəyişməsidir. Çünki fiziki güc, maskulen imic və sərt görünüş bəzən telefon ekranının qarşısında çox qəribə şəkildə əriməyə başlayır.

Bu mənzərəni izləyəndə adamın ağlına bir sual gəlir:
Görəsən, sosial şəbəkələr insanı azad edir, yoxsa onu daha ucuz bir tamaşanın iştirakçısına çevirir?

Bir vaxtlar insanın şəxsi məkanı sayılan davranışlar indi “kontent” adlanır. Bir vaxtlar şəxsi ləyaqətlə ölçülən sərhədlər indi “baxış sayı” ilə ölçülür. İnsanlar bəzən tanımadıqları bir auditoriyanın diqqətini qazanmaq üçün özlərini istənilən formada, istənilən pozada nümayiş etdirməyə hazır görünürlər.

Ən maraqlısı isə odur ki, bu prosesdə heç kim məcbur edilmir. Hər şey könüllü baş verir. Kişilər özləri bu tamaşanın iştirakçısına çevrilir və bəzən bunun fərqinə belə varmırlar.

Bu artıq sadəcə sosial şəbəkə fenomeni deyil. Bu, "diqqət iqtisadiyyatı"nın yaratdığı yeni psixologiyadır. Bu psixologiyada görünmək, bəyənilmək və izlənmək ehtiyacı bəzən insanın özünə hörmət hissindən belə güclü olur.

Və nəticədə paradoks yaranır:
Real həyatda sərt, güclü və maskulen görünən insanlar virtual məkanda kiminsə sözünü gözləyən tamaşaçı-aktyorlara çevrilirlər.

Bəlkə də məsələ təkcə bir tiktoker və ya bir canlı yayım deyil. Məsələ daha dərindir. Problem odur ki, sosial şəbəkələr insanın xarakterini deyil, onun diqqət qarşısında necə dəyişə bildiyini, yaxud da şüuraltında gizli saxlanılan latent oriyentasiyasının necə büruzə çıxacağını göstərir.

Narahatedici olan isə budur ki, müasir dövrün diqtə etdiyi bu tragikomik "tamaşa" deyəsən, hələ uzun müddət davam edəcək.

# 2710 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
"Özgənin uşağı" anlayışı... - Yeniyetməyə seksual obyekt kimi baxan potensial pedofillər kimlərdir?

"Özgənin uşağı" anlayışı... - Yeniyetməyə seksual obyekt kimi baxan potensial pedofillər kimlərdir?

15:00 4 noyabr 2026
Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

15:00 4 noyabr 2026
Kiprin "Avroviziya 2027"dəki təmsilçisi bəlli oldu

Kiprin "Avroviziya 2027"dəki təmsilçisi bəlli oldu

14:30 4 noyabr 2026
Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırdı

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırdı

13:30 4 noyabr 2026
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr”  sənədli filminin premyerası oldu

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası oldu

13:10 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər