“Hacı İsgəndər” kitabının təqdimatı keçirildi

“Hacı İsgəndər”  kitabının təqdimatı keçirildi
19 noyabr 2021
# 19:00

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda yazıçı-publisist Kənan Hacının Xəzər Yazıçılar Birliyinin dəstəyi ilə ərsəyə gələn "Hacı İsgəndər" kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, məclisi giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi Hacı İsgəndər kimi tarixi şəxsiyyət haqqında roman yazılmasını müsbət qiymətləndirib.

Əsər haqqında məlumat verən İ.Fəhmi bildirib ki, belə unudulmuş qəhrəmanları yad etməklə həm onların ruhunu şad etmiş oluruq, həm də gələcək nəsillərə tarixə çevrilmiş qəhrəmanlarımız haqqında məlumat veririk.

Yazıçılar Birliyinin sədrinin müşaviri, yazıçı-dramaturq Elçin Hüseynbəyli, Buzovna cümə məscidinin axundu Hacı Soltan Əlizadə və digər tədbir iştirakçıları müəllifə yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edək ki, roman 1918-1920-ci illərdə Bakıda və ətraf kəndlərdə baş vermiş hadisələrdən bəhs edir. Həmin dönəmlərdə Qafqaz İslam Ordusunun Bakıya gəlişi və şəhəri xilas etməsi, özünümüdafiə dəstələri yaradaraq orduya kömək etməsi, hətta malından və canından keçmiş Hacı İsgəndərin yenilməz xarakteri təsvir edilib.

Romanda Ömər Faiq Nemanzadənin, Hacı Zeynalabdin Tağıyevin, Ənvər Paşanın, Nuru Paşanın, Ruhulla Axundovun, klassik şairlərdən Məşədi Azərin, Əliağa Vahidin, Haşım bəy Saqibin və digər tarixi şəxsiyyətlərin obrazları yaradılıb.

# 3060 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər