Gülzar Şərifovanın “Şeirlər toplusu” nəşr olundu

Gülzar Şərifovanın “Şeirlər toplusu”  nəşr olundu
20 fevral 2026
# 14:40

Şair Gülzar Şərifovanın “Şeirlər toplusu” adlı şeirlər kitabı işıq üzü görüb.


Kulis.az xəbər verir ki, sözügedən nəşr Gürcüstan ədəbi mühitində formalaşan azərbaycandilli ədəbiyyatın Azərbaycan ədəbiyyatına inteqrasiya etməsini, onun tərkib hissəsi olmasını təsdiq edən kitabdır.
Gülzar Şərifova yaradıcılığa 1960-cı illərdə başlayıb, onun şeirləri “Sovet Gürcüstanı” qəzetində, Azərbaycan və Türkiyədə, həmçinin elm.info.az, zim.az, turan.info.az, dergizan.com və s. müxtəlif dövri mətbu orqanlarıında nəşr edilib.

Şeirlər toplusunda şeirlər “Vətən və xalq haqqında duyğular”, “Sosial-siyasi lirikanın bədii panoramı”, “Fəlsəfi lirikanın düşüncə qatları”, “Ailə və nəsil yaddaşı”, “Ruhun daraldıqca təbiətə çıx”, “Bayatılar”, “Ağılar və ya edilər” başlıqları altında təqdim edilir.
Bədii yaradıcılığa orta məktəb illərindən başlayan Gülzar Şərifovanın şeirləri ədəbi dairələrin diqqətini cəlb edib.

Azərbaycanın Xalq yazıçısı, dramaturq, ictimai xadim, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü Mirzə İbrahimovun Gülzar Şərifovanın bədii yaradıcılığına maraq göstərməsi isə tarixi bir reallıqdır. “Sovet Gürcüstanı” qəzetinin 8 oktyabr 1966-cı il tarixli 121 (4689) saylı qəzetinin səhifələrində Mirzə İbrahimov, Əli Vəliyev, Süleyman Rüstəm, Osman Sarıvəlli və digər Azərbaycanın tanınmış şair və yazıçılarının Tbilisi şəhərində iştirak etdikləri tədbirdə Xalq yazıçısı Mirzə İbrahimovun Gülzar Şərifovanın “İnsana sualım var” şeirinin surətini götürməsi xəbəri qəzetin səhifələrində yer alıb.

Gülzar Şərifovanın “Şeirlər toplusu” kitabının redaktoru və ön sözünün müəllifi filologiya elmləri doktoru, Rusiya Təbiət Elmlər Akademiyasının həqiqi üzvü Salidə Şərifovadır.
Salidə Şərifova Gülzar Şərifovanın bədii yaradıcılığını “Xruşov mülayimləşməsi” dövrünun tərkib hissəsi kimi təqdim edir. Gülzar Şərifovanın poeziyasının Gürcüstanda yaşayan azərbaycanlıların bədii ənənələrini və həmin dövrdə Azərbaycanın bədii mühitində baş verən prosesləri əks etdirməsinə toxunur.

Qeyd edək ki, özünəməxsus yaradıcılıq yolu olan Gülzar Şərifovanın janr xüsusiyyəti, bədii dili və problematikası zənginliyi ilə diqqəti cəlb edən poetik nümunələrinin ədəbiyyatşünaslığın diqqətindən kənarda qalmasını təəssüf hissi ilə vurğulayaraq şairin poetik nümunələrini Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi dəyərləndirməsi reallığı təcəssüm etdirir.

# 626 dəfə oxunub

Oxşar xəbərlər

Azad Qaradərəlinin əsərlərinin 12-ci cildi çapdan çıxdı

Azad Qaradərəlinin əsərlərinin 12-ci cildi çapdan çıxdı

17:32 6 aprel 2026
Yalçın Küçük vəfat etdi

Yalçın Küçük vəfat etdi

16:27 6 aprel 2026
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu

15:53 6 aprel 2026
"İsa dirildi..." - Pasxa bayramı niyə fərqli tarixlərdə qeyd olunur?

"İsa dirildi..." - Pasxa bayramı niyə fərqli tarixlərdə qeyd olunur?

15:00 6 aprel 2026
Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı

Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı

14:30 6 aprel 2026
Paradiqma.az saytı təsis olundu

Paradiqma.az saytı təsis olundu

14:27 6 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər