Göbələk kimi çoxalan geydirmə yaşam koçları - Cəlil Cavanşir

Göbələk kimi çoxalan geydirmə yaşam koçları - Cəlil Cavanşir
25 iyun 2025
# 15:35

Kulis.az Cəlil Cavanşirin yeni yazısını təqdim edir.

Səhər erkəndən tik-tokda qarşıma çıxdı, gənc bir xanım - yaşam koçu və mentor - canlı yayım açıb insanlara stress barədə öyüd-nəsihət verirdi. Canlı yayımın sonuna çatdım, deyəsən, gün doğmamış başlamışdı.

Ortabab kələkbazlıq nömrəsidir: səhərlər erkəndən qalxıb çakraları şeyeləmək lazımdır, gün doğmadan meditasiyaya başla, günəşin ilk şəfəqlərini zad elə və s.

Mentor xanım çakrasını açdığı izləyicilərinə inandırırdı ki, stressin günahkarı özümüzük. Stress söhbəti bu şəkildə uzandıqca, mentor və yaşam koçu xanım çakrası açıq izləyiciləri danladıqca gördüm ki, stressə düşürəm və xanımın dediyindən belə çıxırdı ki, səhərin gözü açılmamış stressə düşməyimin səbəbkarı özüməm, kənar təsirlərin də bunda heç bir rolu yoxdur.

Mentor xanıma qulaq asa-asa sağlamlıq qayğılarının, kasıblığın, qiymət artımının, işsizliyin, tıxacların, gələcək qayğısının, pulsuzluğun, anormal iş tempinin, qeyri-sağlam qidalanmanın, evsizliyin yaratdığı stressin günahının necə özümdən qaynaqlandığını düşündüm. Düşündüm və təkrar stressə girdim. Necə yəni hər şey özümüzdən asılıdır? Xəstəsən sən? Kənar amillər ağzımızı cırır, bu sabahın gözü açılmamış durub bütün günahın özümüzdə olduğunu deyir. Özü də yarıyuxulu, kal səslə bunu çakrası açıq izləyicilərə təlqin etməyə çalışır.

Göbələk kimi çoxalan yaşam koçları, mentorlar, psixoloqlar və bu sayaq geydirmə adamlara qarşı hüquqi bir ölçü götürülməlidir.

Onsuz da qarışıq, nizamsız, təhlükə altında olan bu dünyanı bir az da bu varlıqlar təhlükəyə sürükləyir...

# 3081 dəfə oxunub

Oxşar xəbərlər

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

18:40 14 oktyabr 2026
Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

17:30 14 oktyabr 2026
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər