Gələcəkdə dövlətin yerini çoxmillətli şirkətlər tutacaq

Gələcəkdə dövlətin yerini çoxmillətli şirkətlər tutacaq
27 noyabr 2024
# 10:15

Kulis.az Aqşin Yeniseyin "Güc, mənəviyyat və dövlət" yazısını təqdim edir.

2000-ci illərdə təzə-təzə Amerikaya gedib-gələnlər burada danışırdılar ki, amerikalılar Drayzeri tanımır və bunu Qərbin müsbət keyfiyyəti kimi sırıyırdılar.

Drayzer kim idi? Amerika cəmiyyətinin mənəviyyata zidd dəyərlər üzərində formalaşdığını ifşa edən bilgi çağının yazıçısı.

Dinlərə qədim Şərqin sosiologiya institutları kimi baxmamaqdır cahillik. Hələ qədim Şərqin mistik sosioloqları kəşf etmişdilər ki, mənəvi zənginlik bilgi deyil, iradə məsələsidir.

İradə isə ilk imtahanı nəfsdən verməlidir.

Nəfsdən imtahan verməyən iradə sahibini bilgi ya sırtıq vəhşiyə, ya müti köləyə çevirəcəkdi.

Drayzerin əsərləri doluydu bilgi çağının sırtıq vəhşiyə və müti köləyə çevirdiyi amerikalılarla.

Proqnozlaşdırılır ki, gələcəkdə dövlətin yerini çoxmillətli şirkətlər tutacaq. Gələcəyi təsəvvür etməyə ehtiyac yoxdur.

ABŞ artıq çoxmillətli bir şirkətdir. Dövlət onun bizə göstərilən əyləncəli və qorxulu sifətidir.

Ənənəvi dövlətin mənəviyyat damarı və öhdəliyi var. Hökmdarlar saray həyatının bir hissəsini müdrik insanlarla söhbətlərdə keçirirdilər. Kitab sifariş verirdilər, hikmət evləri tikdirirdilər.

Sosial ədalətin mənəvi təsisatlarını yaradırdılar.

Mənəvi zənginlikdən güc almayan sosial ədaləti heç bir hüquq sistemi qoruya bilməz!

Amma bu hikmət evləri Rokfellerin maliyyələşdirdiyi Çikaqo universiteti ilə eyni prinsipə xidmət etmirdi.

Drayzer də yazırdı ki, mənəviyyatı kənara itələməyin, gün gələcək ABŞ universitetləri beynəlxalq dələduzlar yetişdirəcəklər. Dövlət neft maqnatlarının, silah baronlarının, sələm bankirlərinin əlinə keçəcək. Bilgili, amma mənəviyyatdan məhrum adamların.

Drayzeri tanımadılar. Yeni bir monqol dövləti yaratdılar. Güc var, mənəviyyat yoxdur.

Ənənəvi dövlətin yerini alacaq çoxmillətli şirkətlər üçün nümunə ABŞ olacaqsa, vay gələcək nəsillərin halına.

# 2753 dəfə oxunub

Oxşar xəbərlər

Donan vicdan - Yeni hekayə

Donan vicdan - Yeni hekayə

13:45 15 avqust 2026
“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

10:15 15 avqust 2026
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
Bakıda Çinin "İrs Keşikçisi"  sənədli filminin Azərbaycan dilində nümayişi oldu

Bakıda Çinin "İrs Keşikçisi" sənədli filminin Azərbaycan dilində nümayişi oldu

16:00 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər