"Əqrəb mövsümü" serialı ilə bağlı bəyanat

"Əqrəb mövsümü" serialı ilə bağlı bəyanat
17 fevral 2025
# 12:11

Vəkillər Kollegiyası İTV-də nümayiş olunan “Əqrəb mövsümü (İki dünya bir olsa) serialı ilə bağlı etiraz bəyanatı yayıb.

Kulis.az xəbər verir ki, Vəkillər Kollegiyası sözügedən serialda vəkillik peşəsinə qarşı kəskin ifadələrin işlədildiyini iddia edib.

“Təəssüf hissi ilə qeyd edirik ki, son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud səslənən sözlər işlədilməsinin şahidi oluruq. Belə ki, serialın 08.02.2025-ci il və 15.02.2025-ci il tarixlərdə yaymlanan bölümlərində film personajının dili ilə vəkillik peşəsinə dair bəzi xoşagəlməz ifadələri işlədilib. Sözügedən ifadələrin işlədilməsi cəmiyyətdə vəkillik peşəsinə, həmçinin Vəkillər Kollegiyasının nüfuzuna təsirsiz ötüşməyərək vəkillərimizə qarşı mənfi fikir formalaşmasına xidmət etmək gücündədir. Odur ki, vəkillərimizin haqlı narazılığını başa düşür və onlara vəkillik peşəsinin xüsusi özəlliklərindən biri olan səbir nümayiş etdirməyi xahiş edirik”.

Bəyanatda qeyd olunub ki, “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı səslənən fikirləri hər hansı bir maneə olmadan efirə verməsi “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci, 39.1.3-cü maddələrinin tələblərinin pozulması deməkdir.

“Bildirmək istərdik ki, qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən qanunauyğun addımlar atılacağı qərara alınmış və yaxın zamanda Azərbaycan Respublikasının Audiovizual Şurasına, İctimai Televiziya və Radio Yayımları Şirkətinə və zərurət yarandığı təqdirdə digər qurumlara müvafiq müraciətlər ediləcəkdir.

Bir daha hər kəsdən xahiş edirik ki, vəkilliyə qarşı münasibətdə etik normalara riayət edilsin, qeyri-etik, əxlaqdan kənar ifadələr işlədilməsin. Əks halda tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcəkdir”.

# 3071 dəfə oxunub

Oxşar xəbərlər

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

Montrö Klassik Musiqi Festivalında Azərbaycan Mədəniyyət Günləri - İlk dəfə

14:15 13 sentyabr 2026
Səs maşını - Roald Dahlın hekayəsi

Səs maşını - Roald Dahlın hekayəsi

12:30 13 sentyabr 2026
"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları

"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları

10:30 13 sentyabr 2026
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

14:45 12 sentyabr 2026
Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

13:30 12 sentyabr 2026
Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu

13:00 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər