Əməkdar artistdən etiraz: "Ölkədə kino yoxdur, yeyinti çoxdur, gözünüz doysun artıq!"

Əməkdar artistdən etiraz:  "Ölkədə kino yoxdur, yeyinti çoxdur, gözünüz doysun artıq!"
19 fevral 2024
# 14:34

“Bu il 85 yaşım tamam olacaq. Sonuncu dəfə 2019-cu ildə “Qış nağılı” filminə çəkilmişəm. Mən bilirəm ki, xalq məni sevir, hörmət edir. Sevgi azdır, xüsusilə hörmət edirlər. Təvazökarlıqdan uzaq da olsa, bunu deməliyəm. Nizami kinoteatrında film təqdimatı idi. İşıqlar sönmüşdü. Mən də gecikmişdim, başqa bir aktrisa da. İçəri daxil olan kimi 7-8 insan ayağa qalxıb mənə yer vermək istədi. Amma bir adam ayağa qalxıb o aktrisaya yer göstərmədi. Bu, hörmətdir”.

Kulis.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, aktrisa Zemfira Sadıqova deyib.

O, daha sonra əlavə edib:

“Ölkədə kino yoxdur. Mədəniyyət ölüb. Kinostudiyaya daxil olursan, adamın ürəyi ağrıyır. Ora Adil İsgəndərov kimi adam gəlməlidir ki, kinostudiyanı abad etsin. Rejissorlar aktyorun pulunu kəsir. Sponsordan pulu alırlar, amma öz aralarında bölürlər. Aktyora heç nə qalmır. Aktyor ən sonda yada düşür. Pullar yeyilir. Bu sahədə yeyinti çoxdur. Nə qədər yemək olar? Gözünüz doysun! Çəkdikləri filmlərdən heç danışmaq istəmirəm. Film xatirinə film çəkmək olmaz. Kino tamaşaçını özünə nə ilə cəlb edir? İlk növbədə aktyorun xarici görünüşü ilə. Kinoda danışan aktyorun gözləridir. Bizim aktyorlar sözü əzbərləyib ekran qarşısına çıxırlar. Dərk edib danışmaq lazımdır. Məni dəfələrlə verilişlərə dəvət edirlər, amma eyni sualları verirlər. Onlar öz üzərlərində işləmirlər. Məzmunlu bir film olsaydı, böyük məmnuniyyətlə çəkilərdim. Amma elə-belə çay apar, çay gətir və s. səhnələr mənə maraqlı deyil. Sənətkar işsiz heç kimdir. Aktyorun işi olanda o yaşayır, həyatdan stimul alır. Rejissor o qədər heç nə bilmir ki, qalıb tamaşaçını necə cəlb etsin. Burada da açıq-saçıq səhnələrə üstünlük verir. İş orasındadır ki, o əxlaqsızları efirdə o qədər göstəriblər ki, artıq camaat doyub. Mənim evimdə televizor işləmir, heç təmir etmək də istəmirəm. Çünki o danışıqlar məndə o qədər ikrah hissi yaradıb ki. Bəlkə, aralarında yaxşı verilişlər olur, amma mənim onlardan xəbərim yoxdur. Mən bütün günü yutubu izləyirəm. Yutubda elə filmlər, elə verilişlər var ki, onları izləyəndə insanın günü-gündən dünyagörüşü də artır” .

Sənətkar sonda sənətdə yeni addımlayan gənclərə tövsiyyələrini də verib:

“Aktyor sənətinə gələn insan fikirləşməməlidir ki, nə qədər pul qazanacaq?! O fikirləşməlidir ki, necə oynayacaq, tamaşaçıları necə ovsunlayacaq?! Əgər bu sənəti sevmirlərsə, gəlməsinlər. Çünki aktyorluq çox ağır sənətdir. Hər kəs bu yükü daşıya bilmir”.

# 2585 dəfə oxunub

Oxşar xəbərlər

Avropada muzeylər təhlükə altında:  Sənət əsərləri nə dərəcədə qorunur?

Avropada muzeylər təhlükə altında: Sənət əsərləri nə dərəcədə qorunur?

18:00 16 oktyabr 2026
“Zona marağı”  filminin rejissoru Qəzza  haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

“Zona marağı” filminin rejissoru Qəzza haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

16:00 16 oktyabr 2026
Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

15:38 16 oktyabr 2026
"U2"  yeni mahnısını təqdim etdi

"U2" yeni mahnısını təqdim etdi

15:30 16 oktyabr 2026
Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

14:00 16 oktyabr 2026
Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

13:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər