Əməkdar artist: "Vəfatından əvvəl onun qucağında mahnı oxudum"

Əməkdar artist:  "Vəfatından əvvəl onun qucağında mahnı oxudum"
17 dekabr 2024
# 09:32

Əməkdar artist Manana Caparidze anasının vəfatəndan sonra ilk dəfə paylaşım edib.

Kulis.az xəbər verir ki, sənətçi valideyni Makvala Caparidze ilə fotosunu izləyiciləri ilə bölüşərək bunları yazıb.

"Bir aydan sonra özümdə güc toplayaraq, çalışıram ki, sizin hər birinizə minnətdarlığımı bildirim. Ürəyimdə və ruhumda o qədər çox şey var ki, nədən başlayacağımı belə bilmirəm. Bir şeyi dəqiq bilirəm ki, anamla mən həmişə sizin haqda, sevimli Azərbaycan xalqı haqqında məhəbbətlə danışmışıq. Anamın burada dostları çox idi. O sizdən ilham alırdı.

Anamla mən hər gün uca yaradana sizin üçün, tale üçün, çətinlikləri və uğurları ilə bizə verilən ömür üçün şükr edirdik. Son günlər anam həqiqətən arzulayırdı və ümid edirdi ki, birlikdə Bakıya gələcəyik. Çox darıxırdı, bir gün belə olmadı ki, mən ona Bakının müxtəlif gözəl küçələrindən videolar göndərmiyim. Ona Azərbaycanda baş verənlərdən danışırdım. Bundan çox ilham alırdı. Anama sizin hər sözünüzü, hər bir təşəkkürünüzü, hər xeyir-duanızı çatdırırdım. O bununla, mənim səhnədə və həyatdakı uğurlarımla yaşayırdı. Mən dünyanın ən xoşbəxt, ən qürurlu qızıyam.

Anam mənə güc verəcək və nə qədər ki, mən sağam, sevgimlə, səmimi hisslərimlə, hər birinizə böyük minnətdarlıq hisslərimlə, valideynlərimin qoyduğu yolu davam etdirəcəyəm. Son 20 ildə atam rəhmətə gedəndən sonra, dünyaya anamın baxışları ilə baxmağı öyrəndim. Bundan sonra da dünyaya onun isti baxışları ilə baxacağam. Onun səmimi sözləri ilə danışacağam. Ürəyim daim anamla eyni ritmdə döyünəcək. O, həmişə mənimlə olacaq, mən də onunla!

Anamın mənim üçün böyük planları və məqsədləri var idi. Qardaşım dünyasını dəyişəndə anam deyirdi ki, "Manana oxuyanda, yaşayıram". Anam məni bir neçə dəfə qucaqladı və dedi ki, oxumağım onun həyatını xilas etdi. Bu, səkkiz yaşlı Manana üçün böyük bir məsuliyyət idi. O, hər dəfə oxumağının anasını xilas etdiyini başa düşdü. Vəfatından əvvəl anamın qucağında uzanıb, onun gözəl ruhu üçün mahnı oxuyurdum, xilas ümidi ilə. Danışa bilmirdi, amma sevgi dolu gözləri, məhəbbət, kədər, xoşbəxtlik, mehribanlıqla dolu gözləri və xeyir-duası, təkrar-təkrar oxumağımı istəyirdi. Anama söz verdim ki, pozitiv olmağa, insanlara xoşbəxtlik bəxş etməyə, oxumağa güc tapacağam və mənim hər notum, səsim, hər ikimizi ifadə edəcək. Anam mənim üçün gözəl nümunə, hər şeydə böyük ilham olub və olacaq! Ana, mən oxuyacağam, sən yaşa! Mənimlə, bizimlə, cənnətdə və harada ki, səmimiyyət, ədəb, sədaqət, qürur, mərhəmət, iman, böyük saf və fədakar sevgi var".

# 2031 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər