Elton Con korluğundan danışdı: "Oğullarımla idman yayımları izləyə bilmirəm"

Elton Con korluğundan danışdı: "Oğullarımla idman yayımları izləyə bilmirəm"
5 aprel 2025
# 16:00

Məşhur müğənni Elton Con korluğunun yaratdığı problemlərdən danışıb.

Kulis.az xəbər verir ki, 77 yaşlı sənətçi oğulları ilə birlikdə idman yayımları izləməyi sevdiyini, lakin korluğu səbəbində bunu tam olaraq edə bilmədiyini açıqlayıb.

"Oğlanlarımla birlikdə tennis və kriket matçlarını izləməyi çox sevirəm, amma kor olduğum üçün bunu tam olaraq edə bilmirəm", deyə Elton Con öz podcastində etiraf edib.

Müğənni, 2023-cü ildə “Farewell Yellow Brick Road” turunu başa vurduqdan sonra ailəsi ilə daha çox vaxt keçirməyə başlayıb. 13 yaşlı oğulları Zaxari və 11 yaşlı Eltonun atası olan ulduz, uşaqları ilə əlaqəsini gücləndirmək üçün idman yayımlarını bərabər izləməyə çalışır.

Lakin, Elton Con uzun illər davam edən görmə problemlərindən əziyyət çəkir. O, 2018-ci ildə etdiyi açıqlamasında "sol gözümü demək olar ki, heç nə görmür" deyə bildirmişdi. Bu səbəbdən də oğulları ilə bərabər televiziya izləmək onun üçün çətin olur.

Buna baxmayaraq, Elton Con uşaqları ilə vaxt keçirməyin əvəzsiz olduğunu vurğulayır. "Onlarla birlikdə olmaq, onların maraqlarını paylaşmaq mənim üçün çox dəyərlidir", deyə məşhur müğənni söyləyib.

Qeyd edək ki, Elton Con və həyat yoldaşı David Furniş, 2005-ci ildə birlikdə olmağa başlayıblar və 2014-cü ildə qanuni olaraq evləniblər. Cütlük, oğulları Zaxari və Eltonu surroqat ana vasitəsilə dünyaya gətiriblər. Lent.az

# 2194 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər