Elnarə Akimova: "Ədəbiyyatımız tədrisdə daha geniş yer almalıdır"

 Elnarə Akimova:  "Ədəbiyyatımız tədrisdə daha geniş yer almalıdır"
11 sentyabr 2025
# 12:06

“Ədəbiyyat tədrisdə daha geniş yer almalıdır”.

Kulis.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Elnarə Akimova deyib.

Deputat bildirib ki, növbəti payız sessiyasında “Ali təhsil haqqında” qanuna ediləcək dəyişikliklər müzakirə olunarkən xüsusilə bir məqama diqqət yetirilməsini istəyir:

“Aydındır ki, təhsil sistemimizin ən mühüm vəzifələrindən biri milli-mənəvi dəyərlərimizi qorumaq və gələcək nəsillərə ötürməkdir. Bunun əsas yolu isə ədəbiyyatımızın tədrisdə daha geniş yer almasıdır. Birincisi, ali və orta təhsil proqramlarında klassik və müasir Azərbaycan yazıçılarının əsərlərinə daha çox diqqət ayrılmalıdır. Əgər biz Nizaminin, Füzulinin, Əli bəy Hüseynzadənin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, eləcə də müasir dövrün yazıçılarının əsərlərini gənclərimizə daha dərindən öyrədə bilsək, onların milli kimlik şüurunu gücləndirə, dünyagörüşlərini zənginləşdirə bilərik. Bu gün kosmopolit ruhlu bir gənclik yetişir. Azərbaycan dilinə və ədəbiyyatına yad, biganə şüurla formalaşırlar. Artıq Azərbaycan dilinin aqibəti, Azərbaycan ədəbiyyatına olan münasibət bizi narahat etməlidir. İkincisi, ədəbiyyatımızın yalnız dərsliklərdə məhdud şəkildə təqdim olunması kifayət deyil. Bu əsərlərə asan çıxışı təmin etmək üçün milli ədəbiyyat nümunələrinin elektron arxivi yaradılmalıdır. Belə bir rəqəmsal platforma tələbələrə, müəllimlərə və ümumilikdə ictimaiyyətə istənilən vaxt bu irsdən faydalanmaq imkanı verəcək. Üçüncüsü, milli ədəbiyyat nümunələrinin elektron bazası yalnız ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə Azərbaycan ədəbiyyatının tanıdılmasına xidmət edəcək. Bu, həm təhsilimizin, həm də mədəniyyətimizin dünyada nüfuzunun artmasına gətirib çıxaracaqdır.

Hesab edirəm ki, təklif olunan bu istiqamət – yəni klassik və müasir yazıçılarımızın əsərlərinin tədris proqramlarında daha geniş şəkildə yer alması və milli ədəbiyyat nümunələrinin elektron arxivinin yaradılması – bizim gələcəkdə qanuna ediləcək dəyişikliklərin ruhuna tam uyğun gəlir və ölkəmizin milli-mənəvi inkişafına ciddi töhfə verəcək”.

# 1702 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər