Ədəbiyyat İnstitutunda çağdaş ədəbiyyatda avtofiksiya mövzusu müzakirə olunub

Ədəbiyyat İnstitutunda çağdaş ədəbiyyatda avtofiksiya mövzusu müzakirə olunub
28 noyabr 2025
# 11:20

27 noyabr 2025-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində mövsümün ilk müzakirəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbir yazıçı Vüqar Vanın “Hardasa olardı 13-14 yaşım” romanı və “Çağdaş Azərbaycan ədəbiyyatında avtofiksiya” mövzusuna həsr olunub.

Müzakirəyə AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid (moderator), filologiya elmləri doktoru Salidə Şərifova, yazıçı Mənzər Niyarlı, doktorantlar Hənifə Səlifova və Səbirə Müzəffərli qatılıblar.

Tədbirin qonaqları arasında yazıçılar İlham Əziz, Orxan Həsəni, Orxan Saffari, Şəhriyar Del Gerani, Hədiyyə Şəfaqət, Gülnar Əhməd və romanın müəllifi Vüqar Van da iştirak ediblər.

Qeyd edək ki, müzakirə zamanı əsərdə avtofiksiyanın təzahürləri, müəllifin özünütanım və yaddaş qatlarını ədəbi formaya çevirmə üsulları, həmçinin əsərin çağdaş Azərbaycan nəsri ilə əlaqəsi müzakirə olunub.

# 1302 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər