Ədalət Əbdülsəmədin 60 illik yubileyi qeyd olundu

Ədalət Əbdülsəmədin 60 illik yubileyi qeyd olundu
26 yanvar 2026
# 11:00

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında aktyor Ədalət Əbdülsəmədin 60 illik yubileyi qeyd olunub.


Kulis.az xəbər verir ki, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirində teatrın direktoru Naidə İsmayılzadə çıxış edərək aktyoru yubiley münasibətilə təbrik edib, onun həyat və yaradıcılığından, Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən bəhs edib.

Gecədə Teatr Xadimlər İttifaqının sədr müavini, Xalq artisti İlham Namiq Kamal, Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Elnur Hüseynov, aktrisa Zemfira Əbdülsəmədova və aktyorun yaxın dostu Ruslan Şeydayev çıxış edərək yubilyarın teatr sənətinin inkişafındakı xidmətlərindən, fəaliyyətindən ətraflı söz açıblar.

Daha sonra Ədalət Əbdülsəmədə Teatr Xadimlər İttifaqının “Teatr fədaisi” medalı təqdim olunub, aktyorun yubileyinə həsr olunan, Səbinə Məmmədzadənin quruluşunda hazırlanan “Solğun çiçəklər” tamaşası nümayiş etdirilib.

Qeyd edək ki, Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərində Ədalət Əbdülsəməd Əbdül obrazını cablandırır.

# 1219 dəfə oxunub

Oxşar xəbərlər

75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

16:30 26 oktyabr 2026
Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

13:30 26 oktyabr 2026
Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər