Deputat: "Ermənilər xristian olsa da, Qarabağdakı xristian abidələrinə hörmət qoymayıb"

Deputat:  "Ermənilər xristian olsa da, Qarabağdakı xristian abidələrinə hörmət qoymayıb"
22 aprel 2025
# 16:43

“Torpaqlarımız işğal altında olarkən biz acı təcrübə yaşadıq”.

Kulis.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində deputat Rizvan Nəbiyev deyib.

Deputat bildirib ki, bir yer, bir məkanın bir xalqa məxsus olması təkcə beynəlxalq hüquqla ölçülmür: “Qəbul olunan odur ki, bir xalq uzun müddət bir yerdə yaşayıbsa, onun maddi mədəni irsi olmalıdır. Xüsusilə Şuşanın bizə məxsusluğu il bağlı bu sual dəfələrlə qaldırılıb. Buna da cavab verən çoxsaylı amillər var. Onlardan da biri məşhur alman alim Hesdir. O bizim dilimizi gözəl bilir, Şuşanın irsi haqqında yazdığı kitabda qeyd edib ki, XIX əsrin sonunda Şuşa və ətrafda 95 azərbaycanlı şair və yazıçı yaşayırdı, 38 bəstəkar var idi, 22 azərbaycanlı müğənni var idi. Biz bunu ermənilərin dedikləri ilə müqayisə etsək, həmin dövrdə ermənilərin adını çəkəcəyi bir şəxs belə olmayıb. Hazırkı dəyişiklik etdiyimiz qanunda da nəzərdə tutulur ki, hansısa xalqın, dövlətin əraziləri işğala məruz qalırsa, onun abidələri qənimət kimi ələ keçirilərsə, onda beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalı və hesabat təqdim olunmalıdır. Hesabatın təqdim olunması üçün biz bu pasportlaşmaya ehtiyac duyuruq”.


Rizvan Nəbiyev bildirib ki, 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşanın mərkəzi hissəsi tarixi və mədəni qoruq elan olunub: “Bu gün həmin hissənin UNESCO Konvensiyasına əsasən, qorunan abidələr siyahısına daxil edilməsi ilə bağlı fəaliyyət ortaya qoyulub”.

Deputat əlavə edib edib ki, işğal dövründə 437 mədəni abidə ciddi ziyana məruz qalıb: "Təsəvvür edin Xocalı rayonu ərazisində Pirlər adlı abidədən silah anbarı kimi istifadə olunub. Bu, alban xristian abidəsidir. Bu fakt göstərir ki, qarşı tərəf xristian olsa da, heç xristian abidəsinə də hörmət qoymayıb”. APA

# 1658 dəfə oxunub

Oxşar xəbərlər

Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açıldı

Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açıldı

15:42 5 sentyabr 2026
80 illik yubileyə unikal hədiyyə - Freddi Merkurinin Uemblidə 9 metrlik qeyri-adi portreti

80 illik yubileyə unikal hədiyyə - Freddi Merkurinin Uemblidə 9 metrlik qeyri-adi portreti

14:50 5 sentyabr 2026
Rəsulzadənin dostu, kommunizmin düşməni -  Türküstanlı jurnalistin keşməkeşli həyatı

Rəsulzadənin dostu, kommunizmin düşməni - Türküstanlı jurnalistin keşməkeşli həyatı

14:00 5 sentyabr 2026
Tomazzo Kampanella kimdir? - 27 il həbsdə qalan filosofun faciəvi həyatı

Tomazzo Kampanella kimdir? - 27 il həbsdə qalan filosofun faciəvi həyatı

13:30 5 sentyabr 2026
Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri

Cəngəlliyin dərinliyində gizli yollar - Maçu-Pikçunun bilinməyən sirləri

12:30 5 sentyabr 2026
"Mən başqası ilə evlənsəm qeyrətsiz olaram" - Səyavuş Aslanın film kimi həyatı

"Mən başqası ilə evlənsəm qeyrətsiz olaram" - Səyavuş Aslanın film kimi həyatı

11:30 5 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər