İkinci romanla tutuzdurdu! - Dünən Buker alan yazıçı kimdir?  

İkinci romanla tutuzdurdu! - Dünən Buker alan yazıçı kimdir?  
3 iyun 2021
# 11:30

Xəbər verdiyimiz kimi dünən Beynəlxalq Buker (International Booker Prize) mükafatı Seneqal əsilli fransız yazıçı David Diopa təqdim olundu. Yazıçı dünyanın ən nüfuzlu mükafatlarından olan Bukerə "Gecə bütün qanlar qaradır" romanına görə aldı.

Xatırladaq ki, Beynəlxalq Buker ingilis dilinə tərcümə olunmuş əsərlər üçün nəzərdə tutulub.

Bəs kimdir David Diop?

David Diop's At Night All Blood is Black has won the 2021 International  Booker Prize. ‹ Literary Hub

İndiyədək hansı uğurlu fəaliyyətləri olub?

Mükafata layiq görülən roman nədən bəhs edir?

Əvvəlcə onu qeyd edək ki, Bukerə layiq görülən romanın orijinal adı “Frère d’âme”dir (“Ruh ekizi”). Onun ingilis dilinə tərcüməsi “At Night All Blood is Black” ("Gecə bütün qanlar qaradır") kimi təqdim olunub.

At Night All Blood Is Black: SHORTLISTED FOR THE INTERNATIONAL BOOKER PRIZE  2021: Amazon.co.uk: David Diop, Anna Moschovakis: 9781782275862: Books

Roman 2021-ci ildə ingilis dilinə tərcümə olunan ən yaxşı ədəbi əsər kimi seçilib.

Əsəri fransızcadan ingilis dilinə yazıçı-şair Anna Moskovakis tərcümə edib.

Romanda müəllif Birinci Dünya Müharibəsi və müstəmləkəçilikdən bəhs edib. Əsərin qəhrəmanı seneqallı əsgər Fransanın müstəmləkəsi olan bütün digər afrikalılar kimi fransızların cərgəsində savaşır. Müharibə, sevgi və dəlilikdən bəhs edən romanda baş obraz cadugərlikdə ittiham edilir.

David Diop 1966-cı ildə Parisdə anadan olub. O, uşaqlığının kiçik bir hissəsini Seneqalda keçirib, daha sonra Fransaya qayıdaraq təhsilə başlayıb.

İxtisasca filoloq olan David Diopun elmi dərəcəsi də var. O, akademikdir. 18-ci əsr ədəbiyyatının tədqiqatçısıdır.

Gallery

Diop daha çox yazdığı novellalara görə kimi tanınır.

1998-ci ildən Fransanın Pau Universitetində mühazirə deyən David Diop hazırda həmin universitetin incəsənət, dil və ədəbiyyat departamentinin müdiri.

“1889. l'Attraction universelle” (“1889. Universal Cazibə”) adlı ilk tarixi romanı 2012-ci ildə çap olunub.

1889, l'Attraction universelle (Roman historique) eBook: DIOP, David:  Amazon.fr

55 yaşlı müəllifin Buker mükafatına layiq görülən romanı onun sayca ikinci romanıdır.

2018-ci ildə nəşr olunmuş romanı “Goncour” (“Qonkur”) mükafatına təqdim olunmuş, ancaq əsas mükafatın yox, liseylilər arasındakı səsvermənin qalibi olmuşdu. Həmin vaxt baş mükafata “Onlardan sonrakı uşaqlar” əsərinə görə Nikolya Matye layiq görülmüşdü.

Qeyd edək ki, Qonkur qardaşlarının adına təsis edilmiş “Goncour” Fransanın roman janrı üzrə ən nüfuzlu mükafatıdır.

"Gecə bütün qanlar qaradır" roman ingilis dilinə 2020-ci ilin noyabrında çevrilib. Həmin ildə də Amerikada məşhur “Los Angeles Times” dərgisinin ədəbiyyat üzrə “Fiction Book Prize” mükafatına layiq görülüb.

# 4211 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur qrup Aygün Kazımovanın mahnısını oxudu

Məşhur qrup Aygün Kazımovanın mahnısını oxudu

14:20 1 iyul 2025
"Sıradan azərbaycanlıya görə dövlətin bu cür reaksiyası bir ilkdir" - İlham Əziz

"Sıradan azərbaycanlıya görə dövlətin bu cür reaksiyası bir ilkdir" - İlham Əziz

14:02 1 iyul 2025
Bəstəkarlar İttifaqının yaranması günü münasibətilə  konsert

Bəstəkarlar İttifaqının yaranması günü münasibətilə konsert

13:40 1 iyul 2025
Qızıl Qoza Film Festivalına müraciətlər başladı

Qızıl Qoza Film Festivalına müraciətlər başladı

13:15 1 iyul 2025
"Bunu hansısa hərdəmxəyal uydurub" - Cəlil Cavanşir

"Bunu hansısa hərdəmxəyal uydurub" - Cəlil Cavanşir

13:00 1 iyul 2025
Rusiyadan necə xilas ola bilərik? - Yalçın İslamzadə

Rusiyadan necə xilas ola bilərik? - Yalçın İslamzadə

12:40 1 iyul 2025
#
#
# # #