Çexov mənə nə demək istəyir? – Oğuz Ayvaz

Çexov mənə nə demək istəyir? – Oğuz Ayvaz
7 fevral 2025
# 16:00

Kulis.az Oğuz Ayvazın rus yazıçısı Anton Çexovun “Mənim həyatım” adlı əsərindən yazdığı yazını təqdim edir.

Çexovun "6 N-li palata", "Qüssə", "Mənim həyatım" və adını unutduğum hekayələrinin qəhrəmanları rahatlığımı pozublar. Bəlkə də, Çexov mənə qəhrəmanları ilə nəsə demək istəyir.
Rus nəsrinin nəhənginin hekayələrinin qəhrəmanları sadə, adətən, həyatda məğlub olmuş, mübarizələrini sona çatdırmış insanlardır. Çexov əsərlərində sadə bir insanın timsalında Rusiyanın və onun ictimai quruluşunun eybəcərliklərini üzə çıxarırdı.

Çexovun "Mənim həyatım" əsəri təkcə ədəbiyyatın deyil, insanın daxili dünyasına dair böyük bir müşahidədir. Əsərin qəhrəmanı Misail zadəgan, əsil-nəcabətli, kübar bir ailədə böyüsə də, atasının istədiyi övlad ola bilməyib. Əsərdə ata-oğul konfiliktindən savayı, bürokrat və yoxsul təbəqədə də özünə yer tapa bilməyən Misailin fonunda rus cəmiyyətinin, ümumiyyətlə, insanın nə qədər dəhşətli canlı olduğu bütün çılpaqlığı ilə qələmə alınıb. Yazıçı təkcə rus insanını yaratmırdı, insanın mənəvi qatlarına, onun kim olmasına qədər enirdi. Onun əsərlərində insanı tanımaq, onun kimliyi barəsində ciddi axtarış var.

O, rus cəmiyyətinin bütün mürəkkəbliyini, istər zadəgan təbəqəsindən olan, istərsə də yoxsul, bürokratik mühitlərdəki insanları tam bir həssaslıqla təsvir edir. Çexov sadə bir insanın həyatını və onun qarşılaşdığı dilemmanları təqdim edərək sosial siniflər arasındakı uçurumu və cəmiyyətin eybəcərliyini göz önünə sərir. Misailin daxili mübarizəsi, cəmiyyətin ona tətbiq etdiyi təzyiqlərə qarşı olan uğursuz mübarizəsi oxucuda dərin izlər buraxır.

Bu əsər Çexovun insanın mənəvi qatlarını dərinləşmiş şəkildə araşdıran yazı üslubunun təcəssümüdür. Çexov insanı, sadəcə, xarici cəhətləri ilə yox, daxili dünyası ilə tanımaq istəyir.

Misailin həyatındakı təzadlar, onun ruhunda mövcud olan boşluqlar və ümumiyyətlə, cəmiyyətdə öz yerini tapmağa çalışan bir insanın əzabları Çexovun insan təbiətini necə dərindən bildiyini göstərir.

Misailin bacısının kədərli taleyi diqqət çəkir. Bacı öz həyatını, içindəki bozluğu və ümidsizliyi qəbul etmiş biridir. Rus ədəbiyyatının ən kədərli obrazlarındandır.

Yazıçı əsərdə bizi böyük bir çıxılmaza salır. İnsan tərəqqi üçün fiziki əməkdən vaz keçib maarifçilikləmi məşğul olmalıdır, yoxsa əxlaq qanunlarını, başqasına yük olmamağı əsas sayaraq həyatını fiziki əmək əsasında qurmalıdır?

Beləliklə, "Mənim həyatım" əsəri, sadəcə. bir həyatın deyil, bir insanın, bir cəmiyyətin və bəlkə də bütün dünyanın portretidir. Çexov, bu əsərlə bizi özümüzü tanımağa və insanlığın təməl dəyərlərini dərk etməyə dəvət edir.

Çexov yazdığı məktublarının birində deyirdi:

“Mən yalan və təcavüzün hər bir növünə nifrət bəsləyirəm. Riyakarlıq, kütbaşlıq və istibdad yalnız tacir evlərində və həbsxanalarda deyil; bunu mən elmdə, ədəbiyyatda, gənclik içərisində də görürəm. Mənim üçün ən müqəddəs şey-insan vücudu, can sağlığı, ağıl, istedad, ilham, məhəbbət və mütləq bir azadlıqdır, qüvvətdir, yalandan azad olmaqdır... Əgər böyük bir sənətkar olsaydım, tətbiq edəcəyim məramnamə bu olardı”.

# 2985 dəfə oxunub

Oxşar xəbərlər

"Satın alınması mümkün olmayan qadınlar adama çox baha başa gəlir..." - Fransua Moriak

"Satın alınması mümkün olmayan qadınlar adama çox baha başa gəlir..." - Fransua Moriak

16:00 1 sentyabr 2026
Tanınmış modelyerin sərgisi ləğv edildi - Səbəb

Tanınmış modelyerin sərgisi ləğv edildi - Səbəb

15:40 1 sentyabr 2026
Kamal Abdullanın romanı Türkiyədə çap olundu

Kamal Abdullanın romanı Türkiyədə çap olundu

15:20 1 sentyabr 2026
Qaradərili müəlliflər üçün nəşriyyat yaradıldı

Qaradərili müəlliflər üçün nəşriyyat yaradıldı

13:20 1 sentyabr 2026
Türkiyədə qədim tapıntılar aşkarlandı

Türkiyədə qədim tapıntılar aşkarlandı

12:30 1 sentyabr 2026
Fazil Salayev kim idi? - “Mozalan”ın ulduzunun bilinməyənləri

Fazil Salayev kim idi? - “Mozalan”ın ulduzunun bilinməyənləri

11:30 1 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər