Cəlal Şəngörə "ensiklopedik cahil" deyənlər

Cəlal Şəngörə "ensiklopedik cahil" deyənlər
14 oktyabr 2023
# 11:00

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Fransızların “Asteriks və Obeliks” filmində bir səhnə var; sehrli iksirdən içən Asterikslə Obeliksin bir zərbə ilə şil-küt etdiyi Roma əsgərlərinin mitilini qocalıb sklete dönmüş bir qall ağsaqqalı çəliyi ilə döyəcləyir.

Bu səhnə düşmənə nifrətin şiddətini göstəməklə yanaşı, zəifin mübarizənin hansı yerində olduğunu nişan verən bir səhnədir.

Bəzən intellekti cəmiyyətimizin düşüncəsindən qat-qat yüksəkdə olan insanlarımız xalqın sıravi heyətinin onların yazısında, nitqində gözdən qaçan elementar səhvləri bağışlamadığından gileylənirlər. Bunu özlərinə qarşı haqsızlıq kimi dəyərləndirirlər.

Bu gileylənmə bizim zəka sahiblərinin uzun müddət xalqdan nə qədər uzaq düşməsinin, xalqla münasibətlərə hazır olmamasının nəticəsidir.

Xalqın arasında yaşayıb kahin olmaq mümkün deyil.

Hətta gücünü yetim-yesirdən alan kommunist sistemlər belə onların arasından seçdiyi savadlı, bilikli adamlardan akademik bir Olimp zirvəsi yaratmışdı.

Bolşevizm özünün Yazıçılar Birliyini, Bəstəkarlar İttifaqını, Milli Elmlər Akademiyasını yaradanda şumer kahinlərinin Zikkurat məbədi təcrübəsinə əsaslanırdı.

Xalqı öz balalarına itaət etdirməkdən ötrü onları bütləşdirmək lazım idi.

Azərbaycan xalqı yetmiş il büt olmayan övladına fərsiz övlad kimi baxıb.

Bu gün büt olmaqdan imtina edib xalqın arasına enən hər bir ağıılı adam özü öz sehrini dağıtdığı üçün peşman olmamalıdır. Dünyadakı nümunələrə baxmalıdır.

Məsələn, Cəlal Şəngör kimi bilgi xəzinəsi ilə türk xalqının münasibətlərinə baxmalıdır. Xalqın sıravi heyətinin onun haqqında danışdığı, yazdığı çərənləmələrə göz atmalıdır.

Şəngör kimi bilgi küpünə “ensiklopedik cahil” deyən, “ensiklopediya” və “cahil” kimi daban-dabana zidd anlayışlardan özünə sınıq-salxaq çəlik düzəldib təsadüfi səhvlərin mitilinə döşəyən o zəif gücdən inciməməlidir.

Asteriks və Obeliks xalqın arasına enən sehrli gücə sahib qall tanrıları idi.

Xalqın arasına enən tanrı öz müqəddəsliyinə hamıdan əvvəl özü tüpürür.

# 3075 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Ramiz Həsənoğlunun 80 illik yubileyi keçirildi

Xalq artisti Ramiz Həsənoğlunun 80 illik yubileyi keçirildi

10:12 1 may 2026
“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

“Park” nəşriyyatından növbəti kitab: Rəşad Səfərin “Cənubda ən uzun gün” romanı çap olundu

18:49 30 aprel 2026
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

17:36 30 aprel 2026
Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

17:24 30 aprel 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam

17:04 30 aprel 2026
 “Magyar Rhapsody Projekt”  qrupu Bakıda çıxış etdi

“Magyar Rhapsody Projekt” qrupu Bakıda çıxış etdi

16:38 30 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər