Cazibəli rəqqasə yoxsa amansız ikili casus? - Edam zamanı əsgərlərə öpüş göndərən "Şəfəqin gözü"

Cazibəli rəqqasə yoxsa amansız ikili casus?  - Edam zamanı əsgərlərə öpüş göndərən "Şəfəqin gözü"
7 avqust 2025
# 15:20

7 avqust Almaniya kəşfiyyatçısı, əslən Hindistandan olan məşhur rəqqasə Mata Harinin doğum günüdür.

Kulis.az bu münasibətlə qalmaqallı və sirli casus rəqqasənin həyatı və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.


Mata Hari, əsl adı ilə Marqaret Gertruda Zelle 1876-cı ildə Hollandiyada varlı bir ailədə doğulub. Ata biznesini itirdikdən sonra ailə dağılıb, anası vəfat etdikdən sonra isə Marqaret yaxın qohumlarının himayəsinə keçib. Həyatının çətinlikləri də məhz bu dövrdə başlanıb.


18 yaşında məktəbəqədər müəllimi olmaq üçün oxumağa başlayır. Gözəlliyi ilə diqqət çəkən Marqaret məktəb direktorunun ona aşiq olması səbəbindən məktəbdən çıxarılır. 19 yaşında İndoneziyada xidmət edən holland zabiti Rudolf Mak Leod ilə evlənərək oraya köçür.


Cütlük Yava adasında yaşayır. İki uşaq dünyaya gəlir, lakin ərinin sadiq olmaması evliliyi zədələyir. Marqaret burada yerli mədəniyyət və rəqs növlərini öyrənir, səhnə adı olaraq "Mata Hari"ni – Malay dilində "Şəfəqin gözü" mənasını verən adı – seçir. Yeni həyatı formalaşmağa başlayır.


1899-cu ildə oğlunun müəmmalı ölümü (iddialara görə zəhərlənmə) və evlilikdəki böhran cütlüyü ayrılmağa vadar edir. Qızının qəyyumluğu uğrunda mübarizə aparsa da, uğur qazanmır. Sonradan qızı da cavan yaşda vəfat edir. O, maddi çətinliklər içində Parisə köçür.


Paris sirkində rəqqasə olaraq çalışan Mata Hari, ekzotik rəqsi ilə diqqət çəkir. Özünü şərqli rahibə kimi təqdim edir, hekayələrini şişirdərək maraq doğurur. Qısa zamanda Parisdən tutmuş Avropanın bir çox şəhərlərində məşhurlaşır. Yüksək rütbəli və vəzifəli şəxslərlə yaxınlıq qurur.


I Dünya Müharibəsi ərəfəsində Fransa casus ovuna çıxmışdı. Mata Hari isə alman generalları ilə yaxın münasibətdə idi. Fransız kəşfiyyatı onu izləyir, lakin konkret sübut tapılmır. Şübhələrə baxmayaraq o, casusluq ittihamlarını rədd edir.


O, Fransa üçün casusluq təklif etsə də, etimad qazanmır. İspaniya və İngiltərəyə göndərilir. İngiltərə onu dərhal geri yollayır. Davranışları və əlaqələri onun casus ola biləcəyini göstərirdi. Hərəkətləri getdikcə daha çox şübhə doğururdu.


Madridə qayıtdıqda alman zabitləri ilə əlaqəsini davam etdirir. Eyni vaxtda alman sualtı qayıqları müttəfiq gəmilərini batırırdı. 1917-ci ildə Mata Hari Fransaya dönmək qərarına gəlir – dostları xəbərdarlıq etsə də, qorxmadığını deyərək geri qayıdır.


Bəzi məlumatlara görə həm Fransa, həm də Almaniya üçün çalışırdı. Ona Almaniya tərəfindən 30.000 mark verildiyi, bu pulun ya mükafat, ya da H21 kod adlı başqa casusa çatdırılmalı sənəd olduğu iddia edilir.


Fransaya qayıtdıqda üzərində alman çeki tapılır və dərhal həbs olunur. "Bəlkə fahişə olmuşam, amma heç vaxt casus olmamışam" deyə bəyanat verir.

15 oktyabr 1917-ci ildə edam edilir. Ölüm anında gözlərini bağlatmır və güllə atan əsgərlərə öpüşlər göndərdiyi deyilir.

Bəziləri onun vurulmadığını da iddia edir. Bütün hallarda, Mata Hari özündən sonra sirlərlə dolu bir həyat hekayəsi buraxıb.

Qeyd edək ki, 2021 Avroviziya mahnı müsabiqəsində Samirə Əfəndi Azərbaycanı "Mata Hari" mahnısı ilə təmsil edib.

# 1386 dəfə oxunub

Oxşar xəbərlər

Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

12:30 13 iyun 2026
Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

11:30 13 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər