Bu, Ana dilimizə qarşı qəsddir

Bu, Ana dilimizə qarşı qəsddir
29 dekabr 2022
# 17:00

Milli Məclisin dekabrın 27-si keçirilən iclasında deputat Sabir Rüstəmxanlı Bakının mərkəzində əksər məkan adlarınının xarici dildə olması ilə bağlı səsləndirdiyi fikirləri yanlış anlayanlara səslənib.

Kulis.az xəbər verir ki, xalq şairi bu barədə “Facebook” hesabında qeyd edib:

“Milli Məclisin yığıncağında mən lisenziya verilərkən müəssisə adlarına tələbkarlıqla yanaşılması barədə danışmışam.Bir neçə il öncə də mətbuatda bu barədə fikrimi bildirmişdim. Onda da sosial mediada vızıltı başlanmışdı, Afroditanın, Kleopatranın keşikçıləri və ya onların "qohum-əqrəbaları" düşmüşdülər ortaya ki, "ay aman, qoymayın, Sabir Rüstəmxanlı bunların əxlaqına şübhə ilə yanaşır".

Mən milli dəyərlərimizdən, hər müəssisəyə uyğun ad verilməsindən danışıram, "beynəlmiləlçilər" çığır-bağır salırlar ki, nə fərqi, şadlıq saraylarımıza kimin adını verirlər versinlər. Mənim dərdim bir-iki ad deyil, dilimizin və milli ruhun qorunmasına laqeyd münasibətdir, Ana dilimizə qarşı qəsddir! Qanmazlar haqqımda ağızlarına gələni yaza bilərlər. Çünki onlarda şüur deyilən, milli ləyaqət deyilən bir şey yoxdur. Mənim çıxışımı kənara qoyub bir sözdən yapışırlar.

Mən demişəm ki, Bakının mərkəzində müəssisə adlarının 95 faizi kənar dillərdədir, belə olmaz! Siz buna etiraz edirsiniz? Mən demişəm bir obyektə lisenziya verəndə onun adına da diqqət verilsin. Düz deməmişəm? Mən deyirəm ki, bu gün qardaş Türkiyə ilə düşmənçilik edən Yunanıstanın baş kəndində bir dənə türk adına rast gələ bilməzsiniz. Elə isə bu qədər yunan adı bizim müəssisələrə niyə verilməlidir?! Səhv eləmişəm? Demişəm ki, dil haqqında qanunumuz var, ona hörmət göstərək. Bunu da yanlış söyləmişəm? Mən demişəm hətta Rusiya kimi, öz dilini həssaslıqla qoruyan bir ölkədə bu gün həyəcan siqnalı çalırlar ki, ayılın, dilimiz əcnəbi kəlmələrlə dolur, bunun qarşısını almaq üçün xüsusi "sözyaratma" institutu yaradaq: dil millətin ruhu və namusudur, onu qoruyaq! Bizdə vəziyyət Rusiyadan da ağırdır! Biz susmalıyıq?!

Öz dili və öz dövlətinə hörmət qoyan heç bir xalqda əcnəbiliyə bu miqyasda aludəlik yoxdur. Yad dillər yalnız beynəlxalq aləmdə tanınmış şirkətlərin filiallarının adında deyil, yerli xarakterli şirkət, obyekt və dükanların adında da dövlət dilimizi sıxışdırır. Böyük məbləğdə pullar sərf edərək lövhəciklər yazdıranlar bu işlərin tək günahkarı deyil, geniş xalq kütləsi üçün bu anlaşılmaz adları təsdiqləyənlər də eyni dərəcədə məsuliyyət daşıyırlar. Yad dillərə heyranlıq, yad sözlərin maneəsiz axını dilimizə qarşı çox böyük təhdiddir.

Dilimizin əcnəbi dillərin “əsarət”inə düşməsi azərbaycançılığa ziddir. Burda da "millətçilik" etmişəm? Baxın görün kim başını itirib? Mənə tərbiyəsizcə söz atanlar, yoxsa mən? Kimdir danışmağa sözü olmayan? Dövlət dili haqqında qanuna hörmət tələb edən, yoxsa Kleppatranın əxlaqının mühafizləri? Görəsən, harda yetişir bu dünyadan xəbərsizlər? Görəsən bunlar haqqı nahaqdan, ağı qaradan nə vaxt ayıra biləcəklər? Nə vaxta qədər bu dövlətin və millətin maraqlarını qorumaq əvəzinə yad boşqabı yalayacaqlar?!

# 4253 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər