Bu adamları kim işə götürüb?

Bu adamları kim işə götürüb?
5 aprel 2025
# 15:06

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Mədəniyyət Nazirliyi tərəfindən keçirilən attestasiya ilə bağlı xəbər məni xeyli keçmişə - məktəb illərimə apardı. Onda bizim bir nazik “Musiqi” dərsliyimiz var idi. Mən musiqi dərsində bir dəfə “dınq” eşıtmədim. Halbuki məktəbdə pianino var idi. Hətta mən məktəbə tarımı gətirmək istədiyimi deyəndə ağzımdan vurdular ki, bəs dərsə mane olma.

Belə...

İndi bu xəbəri oxuyub xeyli mütəəssir oldum. Demək ki, vəziyyət hələ də dəyişməyib.

Attestasiyadan kəsilən müəllimlər deyir ki, imtahan düzgün keçirilməyib.

İndi gəlin görək məsələ nə yerdədir.

Deməli, bir müəllimin 62 yaşı var. Təqaüd yaşına üç il qalıb. Bu adamı imtahan etməyə nə ehtiyac var? Bu, nə resurs məhvidir? Üç ildən sonra bu insan təqaüdə çıxacaq.

Əsas məsələ, doğrudanmı Mədəniyyət Nazirliyinin bu adamlara qulaq asmağa vaxtı, imkanı yoxdur? Niyə bu adamlar kanal-kanal, sayt-sayt gəzməlidir? İkinci bir imtahan təşkil eləmək çoxmu çətindir? Müəllimin nüfuzu ilə oynamaq belə rahatdır? Müəllim şəxsiyyət yetişdirir. İnsanların gözündə bir obrazı var. O obrazı dağıdaraq, müəllimləri ayaqaltı eləyərək nəyə nail olmaq istəyirsiniz? Bu qədər adamın hamısı yalan danışır?

Hə, əlbət ki, imtahanların tamamilə qeyri-şəffaf keçirildiyini deyə bilmərik. Çünki əlimizdə bununla bağlı heç nə yoxdur. Fəqət müəllimlə belə davranmaq yolverilməzdir.

Baxın, əzizlərim, bir məktəbin 18 müəllimi yarasızdırsa, o məktəbi bağlamaq lazımdır. O məktəbin hansı funksiyası var? Uşaqlara nə verir? Heç nə! Onda niyə açıq qalsın ki? Bu adamları kim işə götürüb? Necə bu vaxta qədər müəllim işləyə biliblər? Bu adamlar indiyə qədər olan mərhələlərdən necə keçiblər? Tutaq ki, savadsızdırlar. Bəs bu vaxta qədər elədiklərinə görə kim cavab verəcək?

Şəksiz ki, müəllimlərin də arasında savadsızları var. Sualların necə tərtib olunması isə peşəkarların işidir. Bunu qoyaq bir qırağa.

Bu adamları niyə dinləmirlər? Sual budur. Cavabı olacaqmı? Bilmirəm.

Müəllimin 62 yaşı var. Deyirlər ki, yaşı 60-dan yuxarılara başqa iş verəcəyik. Ay əzizim, bu adam indiyə kimi nə eləyibsə eləyib. 3 ilə görə bir insanın taleyi ilə necə oynaya bilərsiniz?

Bir məktəbin 48 müəllimi var. Tən yarısı imtahandan keçə bilməyib. İndi necə olacaq? Bu məktəblə, ən əsası, direktorla bağlı hansı qərar veriləcək?

1183 müəllim imtahandan keçib, ancaq 400-dən çoxu da keçməyib. Bu bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, indiyə qədər Azərbaycanda musiqi təhsilində olan bütün dərslər səhv olub. Savadsız müəllimlər savadsız şagirdlər yetişdiriblər. Bu anormal vəziyyətin başqa açıqlaması ola bilməz.

İndi isə gəlirik əsas məsələyə.

O çıxarılan müəllimlərin yerinə kimləri götürəcəklər? Var Mədəniyyət Nazirliyinin kadrları? O kadrlar doğrudanmı, bunlardan yaxşıdır? Biz o müəllimlərin savadını müzakirə eləmirik. Bu, peşəkarların işidir. Yerinə gələnlər kimlər olacaq? Sual budur. Əvvəldən görə-görə gəlirik də.

Sualımı bir də verirəm:

Doğrudanmı, Mədəniyyət Nazirliyinin bu adamlara qulaq asmağa vaxtı, imkanı yoxdur?

# 11168 dəfə oxunub

Oxşar xəbərlər

“Ölümsüz qəhrəman”  sənədli filminin nümayiş etdirildi

“Ölümsüz qəhrəman” sənədli filminin nümayiş etdirildi

11:45 5 avqust 2026
Məşhur flamenko ustası vəfat etdi

Məşhur flamenko ustası vəfat etdi

11:30 5 avqust 2026
Fransız akademizmi ilə  yapon ruhunun  sintezi - “Ark-la-Batay mənzərəsi”nin pərdəarxası məqamları

Fransız akademizmi ilə yapon ruhunun sintezi - “Ark-la-Batay mənzərəsi”nin pərdəarxası məqamları

17:30 4 avqust 2026
Türk kinosunda realizmin banisi  – Metin Erksanın 3 məşhur filmi

Türk kinosunda realizmin banisi – Metin Erksanın 3 məşhur filmi

16:50 4 avqust 2026
"Biz yalnız özümüzü eşidirik..."  - Alman filosofdan sitatlar

"Biz yalnız özümüzü eşidirik..." - Alman filosofdan sitatlar

16:20 4 avqust 2026
“Star Wars” anime ilə ekranlara qayıdır

“Star Wars” anime ilə ekranlara qayıdır

15:20 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər