"BTS"in konserti ləğv olundu - Qəzəbli pərəstişkarlar Prezident iqamətgahına yürüş etdilər

"BTS"in konserti ləğv olundu - Qəzəbli pərəstişkarlar Prezident iqamətgahına yürüş etdilər
8 iyul 2026
# 12:00

Cənubi Koreyanın dünyaca məşhur "BTS" pop qrupunun Çilidə planlaşdırılan konsertinin ləğv edilməsi ölkədə kütləvi etirazlara səbəb olub.

Kulis.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Çoson ilbo" qəzeti məlumat yayıb.

Məlumata görə, oktyabr ayında Çilinin paytaxtı Santyaqodakı Milli Stadionda qrupun ardıcıl üç böyük çıxışı planlaşdırılırdı. Lakin iyulun 3-də yerli hökumət orqanları təşkilatçıların tədbirlərin keçirilməsi ilə bağlı müraciətini rədd edib.

Hökumətin bu qərarının arxasında əsasən təhlükəsizlik və infrastruktur qayğıları dayanırdı. Rəsmilər "BTS"in quraşdırmağı planlaşdırdığı 600 tonluq dairəvi səhnənin qarşıdan gələn mühüm idman tədbirləri ərəfəsində stadionun örtüyünə ciddi ziyan vura biləcəyindən ehtiyat ediblər. Bundan əlavə, bilet satışının rəsmi icazə verilməmişdən çox əvvəl başlanması da hakimiyyətin narazılığına səbəb olub.

Çilinin İdman naziri açıqlamasında bildirib ki, qeydə alınan bu rədd cavabı konsertlərin birdəfəlik ləğvi demək deyil. Lakin o da etiraf edib ki, ölkədə bu qədər nəhəng kütləni qəbul edə biləcək Milli Stadiondan başqa böyük bir məkan mövcud deyil.

Qərarla barışmayan qrupun sadiq pərəstişkar ordusu iyulun 5-də paytaxt küçələrinə axışaraq kütləvi etiraz aksiyası keçirib. Minlərlə gənc birbaşa Prezident iqamətgahına qədər yürüş edərək hökumətin qərarına öz sərt etirazlarını bildiriblər. Etirazçıların əsas şüarı isə belə olub:

"Musiqi və incəsənət stadiona zərər vermir!"

Kütləvi etirazlardan qısa müddət sonra hakimiyyət orqanları geri çəkilmək məcburiyyətində qalıblar. Rəsmilər bildiriblər ki, yerli təşkilatçıdan artıq bütün norma və tələblərə cavab verən, zərərləri minimuma endirən yeni, düzəliş edilmiş təklif alıblar. Bu isə konsertlərin baş tutma ehtimalını yenidən gündəmə gətirib.

# 415 dəfə oxunub

Oxşar xəbərlər

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
"Hər bir şərin tədricən zəifləməsi taleyin ədalətli qanunudur..." - Alman filosofdan sitatlar

"Hər bir şərin tədricən zəifləməsi taleyin ədalətli qanunudur..." - Alman filosofdan sitatlar

13:50 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər