Brayl əlifbasında nəşr olunmuş 19 kitabın təqdimatı baş tutdu

Brayl əlifbasında nəşr olunmuş 19 kitabın təqdimatı baş tutdu
23 yanvar 2026
# 14:23

22 yanvarda Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 Nömrəli Respublika Xüsusi İnternat Məktəbində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, "Azərbaycan Dövlət Nəşriyyatı" və BP-nin birgə layihəsi ilə gözdən əlil oxucular üçün Brayl əlifbasında nəşr olunmuş 19 adda kitabın təqdimat mərasimi baş tutub.

Kulis.az xəbər verir ki, kitab təqdimatında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, BP-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzinin direktoru, naşir Mayis Muradov və Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn çıxış edərək layihənin reallaşması və əhəmiyyəti barədə düşüncələrini böllüşüblər.

Daha sonra Sabirə Abdullayevanın aparıcılığı ilə iki hissəli konsert proqramı keçirilib. Birinci hissədə gözdən əlillərə həsr edilən mahnı və şeirlər Mutellim Demirov, Yaqut Xelilzade, Fəxrəddin Salim, Zülfiyyə Qurbanovanın ifasında, Səxavət Məmmədov, Ağa Əliyev və Səid Cabbarlının müşayiəti ilə eşidilib, ikinci hissədə isə Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbin şagirdləri altı musiqi nömrəsi təqdim ediblər.

Qeyd edək ki, brayl əlifbasında aşağıda adları göstərilən kitablar nəşr olunub: "Azərbaycan nağılları", İsa Muğanna. "Kollu Koxa", Anar. "Əlaqə", Mövlud Süleymanlı. "Dəyirman", Çingiz Hüseynov. "Adını demədi". Əli Kərim. "Mavi nəğmənin sahilində", Sabir Əhmədli. "Yamacda nişanə", Yusif Səmədoğlu. "Soyuq daş". Elçin. "Beş dəqiqə və əbədiyyət", Musa Yaqub. "Payız tənhalığı", Maqsud İbrahimbəyov. "Bütün yaxşılıqlara ölüm", Səfər Alışarlı. "Dağlar bizə baxır", Vaqif Səmədoğlu. "Qəmimizlə salamlaşaq", Salam Sarvan. "Heykəl tənhalığı", Aqşin Yenisey. "Zamandan qovulmuş", Oskar Uayld. "Diqqətdən kənar qalan qadın", Səbahəddin Əli. "Şüşə saray" Kobo Abe. "İstehkam", Henrix Heyne. "Hars səfəri".

Qeyd edək ki, layihənin rəhbəri “Azərbaycan Dövlət Nəşriyyatı”nın direktoru, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi Şöbəsinin sektor müdiri Xəyal Məmmədovdur, kitablar "Brayl Nəşriyyatı" və "Zərdabi-Nəşr" tərəfindən çap olunub. Nəşrlərin üz qabılarının müəllifi Ellada Səfərəliyevadır.

# 1367 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər