“Bəzən bir ümid...” adlı fərdi sərgi açıldı

“Bəzən bir ümid...”  adlı fərdi sərgi açıldı
31 oktyabr 2024
# 18:40

Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbində rəssam Səkinə Bağırovanın “Bəzən bir ümid...” adlı fərdi sərgisi açılıb.

Kulis.az xəbər verir ki, müxtəlif növ və janrlarda işləyən rəssamın yaradıcılığında lirik simvolizm, lirik dekorativizm üslubları səciyyəvidir. Sərgidə rəssamın 60-a yaxın rəngkarlıq, qrafika, batika və miniatür əsərləri yer alıb.

Səkinə Bağırova sərgidə nümayiş olunan işləri şəxsi yaradıcılıq yolunun xronikası kimi səciyyələndirib. Hər bir rəsm, qrafika və miniatürün həyatının müxtəlif dönəmlərini əks etdirdiyini – bunun həm həyat təcrübəsinin, həm də sənət baxımından keçdiyi yolun aydın izi olduğunu deyib.

Sonra Xalq artisti Fidan Hacıyeva və Əməkdar artist Fərid Əliyevin, o cümlədən “Metzo” orkestrinin ifasında klassik musiqi proqramı təqdim olunub.

Qeyd edək ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru olan Səkinə Bağırova 2008-ci ildən Dünya Xalq Yaradıcılıq Təşkilatının (International Organization of Folk Art - IOV) və 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının, 2023-cü ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Rəssamın mənzərə, məişət və natürmort janrlarında çəkdiyi əsərlər dünyanın bir sıra sərgi salonlarında nümayiş olunub və ABŞ, Fransa, Almaniya, Ukrayna, Rusiya, Özbəkistan, Filippin, Türkiyə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılmaqdadır.

Fərdi sərgi noyabrın 8-dək davam edəcək.

# 2375 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər