Beynəlxalq Animasiya Festivalına qəbul davam edir

Beynəlxalq Animasiya Festivalına qəbul davam edir
8 may 2025
# 11:30

3-7 sentyabr 2025-ci il tarixlərində Bakıda Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, animasiya peşəkarları, həvəskarlar və studiyalar festivalın müsabiqə proqramında iştirak etməyə dəvət olunur.

Festivala təqdim olunacaq animasiya filmləri onlayn "FilmFreeway" platforması vasitəsilə qəbul edilir.

Filmlər aşağıdakı şərtlərə uyğun olmalıdır:

– Filmlər yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunur.

– Filmlər 2024-ci il yanvarın 1-dən sonra çəkilməlidir.

– Filmin 50%-dən çoxu animasiya olmalıdır.

– Filmdə istifadə edilən animasiya texnikaları və mövzularına məhdudiyyət qoyulmur.

– Müraciətlər üçün son tarix 15 iyun 2025-ci ildir.

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədi ilə keçirilən regional animasiya festivalları artıq ənənəyə çevrilib. 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə isə “ANİMAFİLM Gəncədə” festivalları keçirilib.

Qeyd edək ki, 2024-cü ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.

# 2073 dəfə oxunub

Oxşar xəbərlər

Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

13:30 26 oktyabr 2026
Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
Salli Runi ilə həmrəylik:  İki uşaq yazıçısı qonorarlarını ona verəcək

Salli Runi ilə həmrəylik: İki uşaq yazıçısı qonorarlarını ona verəcək

12:40 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər