Bəy ailəsində doğulsa da kimsəsiz böyüdü, Cəfər Cabbarlı ilə sinif yoldaşı oldu, gözləri görməyə-görməyə tamaşa oynadı – Kinomuzun Rüstəm bəyi

Bəy ailəsində doğulsa da kimsəsiz böyüdü, Cəfər Cabbarlı ilə sinif yoldaşı oldu, gözləri görməyə-görməyə tamaşa oynadı – Kinomuzun Rüstəm bəyi
15 mart 2021
# 21:00

Bu gün Xalq artisti Ağasadıq Gəraybəylinin anım günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Ağasadıq Ağaəli oğlu Gəraybəyli 15 mart 1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda bəy ailəsində anadan olub. Atasını erkən itirib. Şamaxı zəlzələsindən sonra Bakıya köçüb. Əlisəttar adlı bir kişi onun kimsəsiz olduğunu bilib öz himayəsinə götürüb. Orta məktəb illərində Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub.

***

Qardaşı Ağayar Hüseyn Ərəblinskinin truppasında rejissor işləyib. Tamaşa zamanı qadın rolunun ifaçısı xəstələndiyi üçün Ağayar həmin rola on beş yaşlı Ağasadığı aparır. Ağasadıq ilk dəfə səhnəyə qadın paltarında çıxır. Tamaşa zamanı səhnədə Ərəblinskinin ağladığını görəndə o, da dözmür və səhnədən qaçır.

Bir neçə il sonra isə Ağasadıq “Şəfa” teatr dərnəyini yaradır. Milyonçu Hacı Zeynalabdin Tağıyev dərnəyin işini o qədər çox bəyənir ki, aktyorların hamısını qızılla mükafatlandırır.

***

72 illik yaradıcılıq ömründə 200-dən artıq obraz canlandıran Ağasadıq Gəraybəyli Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamaşalarda rol alıb.

Ağasadıq Gəraybəylini ilk dəfə filmə Cəfər Cabbarlı dəvət edib. İlk səssiz filmlərimizdən biri olan “Sevil” filmində ona Balaş rolunu təqdim edib. "Bəxtiyar"" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy obrazı aktyora böyük məşhurluq gətirib.

***

Aktyorun sonuncu rolu “Xurşidbanu Natəvan” tamaşasında yaşlı knyaz obrazı olub. Rolunu o qədər mükəmməl oynayır ki, həmkarlarının çoxu, eləcə də tamaşaçılar hiss etməyiblər ki, 92 yaşlı aktyorun gözləri görmür.

1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu olub. 1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.

# 12478 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

16:24 16 noyabr 2026
Azərbaycanın "Şur" muğamı kosmosda

Azərbaycanın "Şur" muğamı kosmosda

16:12 16 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər