Berlində Azərbaycan dili həftəsonu məktəbinin açılışı oldu

Berlində Azərbaycan dili həftəsonu məktəbinin açılışı oldu
24 iyun 2024
# 15:15

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin Almaniyadakı səfirliyinin birgə təşkilati dəstəyi ilə “Xarıbülbül” Azərbaycan dili həftəsonu məktəbinin açılış mərasimi keçirilib. Mərasimdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov da iştirak edib.

Kulis.az xəbər verir ki, çıxışlarda Azərbaycan dili həftəsonu məktəbinin əhəmiyyəti vurğulanıb, məktəbin dilimizin təbliğinə töhfə verəcəyi bildirilib.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan dili məktəblərinin təsis olunması gənc nəslin tarixi Vətənlə bağlarının qorunmasında, ana dilini öyrənməsində mühüm əhəmiyyət kəsb edir. Almaniyadakı Azərbaycan diasporu da bu sahədə uğurla fəaliyyət göstərir.

Açılış mərasimindən sonra qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzində yeni təşkil olan nağara kurslarının açılışında iştirak ediblər.

Sonda Ana dili məktəbinin şagirdlərinə Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi adından hədiyyələr təqdim olunub.

# 2063 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər