Bayramınız mübarək, kişilər!

Bayramınız mübarək, kişilər!
26 iyun 2024
# 12:35

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür.

Kulis.az bu münasibətlə Həmid Piriyevin yeni yazısını təqdim edir.

26 iyun 1918-ci ilin bu günü Azərbaycan Milli Ordusunun təşkil edilməsi barədə fərman verilib. 1998-ci ildən rəsmi surətdə bu bayramı qeyd edirik.

Silahlı Qüvvələr Günü – qeyri-rəsmi adıyla “kişilər bayramı”.

“Kişilər bayramı”nı SSRİ təlqin eləmişdi bizə. Amma başqa tarixlə. 23 fevralda keçirirdik bu bayramı. “Bolşovoy”ların ağzı köpüklənə-köpüklənə “XI Qızıl Ordu” adlandırdığı Qırmızı Ordunun yaranması günündə. Necə ki, İşçi (Əməkçi) Qadınlar Günü təyinatını dəyişib Beynəlxalq Qadınlar Günü oldu, ordunun yaranması günü də çevrildi kişilər bayramına.

Artıq otuz üçüncü ildir SSRİ dağılıb, amma hələ də 23 fevralda bir-birini təbrik edənlər qalıb, amma 26 iyunda kimisə təbrik edən görməmişəm. Ən azından, indiyə qədər heç kim məni 26 iyun münasibəti ilə təbrik etməyib. 1920-ci ildə Azərbaycanı işğal edən, 1990-cı ildə 20 Yanvarı törədən ordunun yaranması gününü hələ də qeyd edirik, amma 1918-ci ildə Bakını və ətraf qəzaları ermənilərdən və bolşeviklərdən azad edən (Qafqaz İslam Ordusu ilə birlikdə), 2020-ci ildə Qarabağı işğaldan azad edən ordunun yaranması gününə biganə yanaşırıq.

Hər nəsə...

Builki Silahlı Qüvvələr Günü başqa bir hadisə ilə də əlamətdar oldu. Dünən, iyunun 25-i Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Natiq Qasımova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

O Natiq Qasımova ki, beş gün təkbaşına, ac-susuz düşmənlə mübarizə aparmışdı. O Natiq Qasımova ki, iyirmi iki əsiri güllələnmədən xilas etmək üçün təslim olmuşdu. O Natiq Qasımova ki, Bayrağımızı son ana qədər əlindən buraxmamışdı. O Natiq Qasımova ki, “Oğul” idi, Kişi idi.

Bu gün Natiq Qasımov və onun timsalında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş, canından keçmiş igid oğulların, kişilərin günüdür.

Bayramınız mübarək, KİŞİlər!

# 2905 dəfə oxunub

Oxşar xəbərlər

Vahid Məmmədlinin romanı Türkiyədə çap olundu

Vahid Məmmədlinin romanı Türkiyədə çap olundu

18:04 2 dekabr 2025
Türk ədəbiyyatının ilk inqilabçı şairi - Atatürkün ona cavabı nə olmuşdu?

Türk ədəbiyyatının ilk inqilabçı şairi - Atatürkün ona cavabı nə olmuşdu?

17:51 2 dekabr 2025
Ozzi Osbornun “Senzurasız avtobioqrafiya"sı Rusiyada senzuraya məruz qalıb

Ozzi Osbornun “Senzurasız avtobioqrafiya"sı Rusiyada senzuraya məruz qalıb

16:25 2 dekabr 2025
Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək

Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək

15:53 2 dekabr 2025
Xalq artisti Amaliya Pənahovaya həsr olunmuş yubiley gecəsi keçiriləcək

Xalq artisti Amaliya Pənahovaya həsr olunmuş yubiley gecəsi keçiriləcək

15:41 2 dekabr 2025
Nəriman Həsənzadənin son vəziyyəti

Nəriman Həsənzadənin son vəziyyəti

15:39 2 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər