Bakıda “Afrika kinosu” günləri keçiriləcək

Bakıda “Afrika kinosu”  günləri keçiriləcək
22 may 2025
# 15:50

Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi hər il 25 may tarixində qeyd olunan Afrika Günü münasibətilə II “Afrika Kinosu Günləri” keçirir. Tədbir 23–25 may tarixlərində, Landmarkın III Kino Zalında baş tutacaq.

Kulis.az xəbər verir ki, “Afrika Kinosu Günləri” Mərakeşdəki Xuribqa Beynəlxalq Afrika Film Festivalı Fondunun dəstəyi və Landmark Kompleksi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.

Kino günlərinin əsas məqsədi Afrika qitəsinin zəngin mədəniyyətini, kino sənətini və müxtəlifliklərini Azərbaycan ictimaiyyətinə və kino mütəxəssislərinə tanıtmaqdır. Təşkilatçılar, kino vasitəsilə Afrika mədəniyyətlərinin zənginliyini və müxtəlifliyini nümayiş etdirməyə, eyni zamanda Afrika ilə Azərbaycan arasında mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməyə çalışır.

II “Afrika Kinosu Günləri”ndə Azərbaycanda diplomatik nümayəndəliyi olmayan altı Afrika ölkəsinə – Kamerun, Mali, Mozambik, Tanzaniya, Zambiya və Zimbabve – diqqət yetiriləcək.

Azərbaycanlı tamaşaçılar, üç gün ərzində beynəlxalq festivallarda diqqət görmüş, mükafatlara layiq görülmüş altı müasir Afrika filminə baxmaq imkanı əldə edəcəklər.

Nümayiş olunacaq filmlər aşağıdakılardır:

Tanzaniyadan: “ZAMORA” (2013), rejissor: Şams Bhanji;

Malidən: “YEELEN” (1987), rejissor: Süleymane Cisse;

Mozambikdən: DUZ VƏ ŞƏKƏR QATARI (2016), rejissor: Liçinio Azevedo;

Zambiyadan: “MARİYA KRISTU” (2021), rejissor: Paul Vilo;

Kamerundan: “DƏFN OLUNMUŞ” (2020), rejissor: Fransua Ellong;

Zimbabvedən: “TOZ VƏ TALELƏR” (2013), rejissor: Yustis Mokoena Chapvanya.

# 1789 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər