Azərbaycanlı yazıçı kitab müsabiqəsinin uzun siyahısında

Azərbaycanlı yazıçı kitab müsabiqəsinin uzun siyahısında
9 sentyabr 2024
# 09:43

Azərbaycanlı yazıçının əsəri beynəlxalq kitab müsabiqəsinin uzun siyahısına daxil edilib.

Kulis.az xəbər verir ki, dünyanın ən böyük elektron kitab portalı olan Litres portalının “Elekyronnaya bukva 2024” – ən yaxşı elektron kitablar müsabiqəsində görkəmli Azərbaycan yazıçısı Vahid Məmmədlinin “Angelo di bronzo” romanı 27620 kitabın içindən seçilərək müsabiqənin uzun siyahısına daxil edilib.

Qeyd edək ki, Vahid Məmmədli bu səviyyədə müsabiqədə çoxsaylı müəlliflər içərisindən uzun siyahıya daxil edilən ilk azərbaycanlı müəllifdir. Qaliblər 2024-cü ilin dekabrında müəyyən ediləcək.

Yazıçı Vahid Məmmədli 2007-ci ildən bədii yaradıcılıqla məşğul olur. Azərbaycan ədəbiyyatında ilk fentezi romanın (“Atropatena dastanı”), dünya ədəbiyyatında ilk qansız döyüş romanının (“Tunc Allahın yükü”) müəllifidir. Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, bestsellerlər müəllifi kimi tanınır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri, Prezident təqaüdçüsüdür.

Müəllifin bir neçə kitabı “Qanun Nəşriyyatı”nda işıq üzü görüb.

# 2303 dəfə oxunub

Oxşar xəbərlər

Reallıqdan qopanlar, yetkinləşməyi rədd edənlər,  qocalmaqdan qorxanlar... - Ədəbiyyatdan ilhamlanan 7 psixoloji sindrom

Reallıqdan qopanlar, yetkinləşməyi rədd edənlər, qocalmaqdan qorxanlar... - Ədəbiyyatdan ilhamlanan 7 psixoloji sindrom

14:00 5 iyul 2026
Xəyanət sənədini imzalamaqdan imtina edən patriarx - Pavel Çistyakovun məşhur tablosu

Xəyanət sənədini imzalamaqdan imtina edən patriarx - Pavel Çistyakovun məşhur tablosu

12:30 5 iyul 2026
"Xoşbəxtəm ki, məsləhətlərinizə əməl etməmişəm!" - İrland musiqiçidən müəlliminə  etiraz

"Xoşbəxtəm ki, məsləhətlərinizə əməl etməmişəm!" - İrland musiqiçidən müəlliminə etiraz

11:30 5 iyul 2026
Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açıldı

Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açıldı

15:08 4 iyul 2026
Azad Yaşarın “Gözlüğün uykusu” kitabı Amazonda

Azad Yaşarın “Gözlüğün uykusu” kitabı Amazonda

14:10 4 iyul 2026
Madonnadan 21 il sonra yeni albom: "Confessions II"

Madonnadan 21 il sonra yeni albom: "Confessions II"

13:10 4 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər