Azərbaycan rəssamlarının əsərləri Tbilisidə

Azərbaycan rəssamlarının əsərləri Tbilisidə
4 mart 2026
# 11:03

Martın 3-də Gürcüstanın paytaxtı Tbilisidə "Səthin o tayında" adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, beynəlxalq incəsənət ictimaiyyətini bir araya gətirən tədbirdə Azərbaycan, Kanada, Türkiyə, Yeni Zelandiya və Gürcüstan rəssamlarının əsərləri nümayiş etdirilir.

Sərgidə Azərbaycanın 44 rəssamının müxtəlif texnikalarda – xalçaçılıq, sulu boya, qobelen və yağlı boya üslubunda işlədiyi 100-dən çox əsəri sərgilənir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Ehtiram Kərimov AZƏRTAC-a müsahibəsində deyib ki, bu beynəlxalq platformada fərqli mədəniyyətlər təmsil olunur. Məqsəd Azərbaycanın zəngin mədəniyyətinin, rəssamlıq sənətinin nümunələrini nümayiş etdirmək, eyni zamanda, ölkəmizi dünyaya tanıtmaqdır.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan üzrə əlaqələndirici Elminaz Qəhrəmanova isə bildirib ki, sərgidə 44 rəssamın əl işlərinin nümayişi rəmzi xarakter daşıyır. “Biz bununla həm də 44 günlük Vətən müharibəsinin əhəmiyyətini əks etdirməyə çalışmışıq. Ümid edirik ki, biz bununla kimliyimizi, xalqımızın qüdrətini bir daha dünya ictimaiyyətinə çatdıra bilmişik. Çünki rəssamlarımızın əsərlərinin izləyicilərinin sayının çox olması belə deməyə imkan verir", - deyə o vurğulayıb.

Azərbaycan Rəssamlar ittifaqının üzvü Rahim İbrahimov isə deyib: “Bəzən insanların söz ilə deyə bilmədiyini rəssamlar fırçanın dili ilə ictimaiyyətə daha yaxşı çatdırırlar. Bizim rəssamlarımız fırçanın dili ilə Azərbaycan mədəniyyətini, incəsənətini, keçmişini və bu gününü izləyicilərə çatdırmağa çalışıblar”.

Qeyd edək ki, rəssamların eyni məkanda birləşməsi bu sənətin qlobal dialoq vasitəsi kimi rolunu ön plana çıxarır, ölkələrarası mədəni əlaqələrin güclənməsinə mühüm töhfə verir. “Səthin o tayında” beynəlxalq sərgisi incəsənətin sərhəd tanımayan dilini nümayiş etdirərək müxtəlif xalqlar arasında qarşılıqlı anlaşma və yaradıcılıq körpüləri qurmağı hədəfləyir. Tədbir regionun mədəni həyatında əlamətdar hadisə olmaqla yanaşı, beynəlxalq sənət əməkdaşlığının inkişafına xidmət edən nüfuzlu platforma kimi dəyərləndirilir.

# 635 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan kinosunun Qəmlosu -  Şöhrətin arxasındakı kədər

Azərbaycan kinosunun Qəmlosu - Şöhrətin arxasındakı kədər

12:00 7 iyun 2026
Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

11:00 7 iyun 2026
"Həddindən artıq gerçək!" - Papanın rəsmini çəkən dahi

"Həddindən artıq gerçək!" - Papanın rəsmini çəkən dahi

14:09 6 iyun 2026
Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

12:51 6 iyun 2026
Bakıda ABŞ məzunları sərgisi təşkil edildi

Bakıda ABŞ məzunları sərgisi təşkil edildi

12:27 6 iyun 2026
Elçin Şamillinin “Katarsis”  sərgisi açıldı

Elçin Şamillinin “Katarsis” sərgisi açıldı

11:41 6 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər