"Azərbaycan Nəşriyyatı"nda yerləşən redaksiyaların aqibəti məlum oldu

"Azərbaycan Nəşriyyatı"nda yerləşən redaksiyaların aqibəti məlum oldu
16 yanvar 2026
# 13:39

"Azərbaycan Nəşriyyatının doqquzmərtəbəli əsas korpusu müvəqqəti olaraq təmirə bağlanır. Təmir işləri başa çatdıqdan sonra bina yenidən nəşriyyatın istifadəsinə veriləcək. Məsələ yalnız texniki təmirlə bağlıdır, Azərbaycan Nəşriyyatının fəaliyyətinin dayandırılması nəzərdə tutulmur".

Kulis.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq “Azərbaycan Nəşriyyatı” MMC-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Nəşriyyatının fəaliyyətini harada davam etdirəcəyi ilə bağlı artıq qərar qəbul olunub. Belə ki, nəşriyyat inzibati binaya yaxın ərazidə yerləşən, sahəsi daha kiçik olan başqa bir binaya köçürülüb. Həmçinin yeni binaya hansı redaksiyaların köçürüləcəyi ilə bağlı müzakirələrin aparıldığı diqqətə çatdırılıb.

“Bu bina da bizim mülkiyyətimizdir. Təmir müddətində nəşriyyat fəaliyyətini orada davam etdirəcək. Təmirin nə qədər davam edəcəyi ilə bağlı isə hələlik dəqiq bir söz demək mümkün deyil”, – məlumatda qeyd olunub.

Qeyd olunub ki, Azərbaycan Nəşriyyatının binasında yerləşən digər nəşriyyatlara əvvəlcədən məlumat verilib: "Həmin nəşriyyatların harada yerləşdirilməsi isə artıq nəşriyyat rəhbərliyinin səlahiyyətinə aid deyil. Bacardığımız qədər köməklik göstərməyə çalışırıq".

# 139 dəfə oxunub

Oxşar xəbərlər

Elza İbrahimovanın mahnılarından ibarət konsert təşkil olunacaq

Elza İbrahimovanın mahnılarından ibarət konsert təşkil olunacaq

13:40 16 yanvar 2026
Sənin üçün uçmağa davam edirəm... - Günün mahnısı

Sənin üçün uçmağa davam edirəm... - Günün mahnısı

13:20 16 yanvar 2026
Biz onsuz da həmişə ikimizin cahanda... - Pablo Neruda

Biz onsuz da həmişə ikimizin cahanda... - Pablo Neruda

13:00 16 yanvar 2026
Şəhriyardan Xameneiyə ustad dərsi: "Gördün işin əyildi, durma, əkil..."

Şəhriyardan Xameneiyə ustad dərsi: "Gördün işin əyildi, durma, əkil..."

12:40 16 yanvar 2026
"Qanun"da növbəti “Kitab söhbəti”: “Uşaqlar üçün qeyri-səlis məntiq”

"Qanun"da növbəti “Kitab söhbəti”: “Uşaqlar üçün qeyri-səlis məntiq”

12:20 16 yanvar 2026
Ovçu qışqırığı - Uilyam Qoldinqin hekayəsi

Ovçu qışqırığı - Uilyam Qoldinqin hekayəsi

12:02 16 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər