Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi keçirilir.
Kulis.az xəbər verir ki, konfransda AKİ-nin üzvləri, eləcə də ölkənin tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Yetərsay olmadığından konfransın nəticəsi qeydə alınmayıb.
Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir.
Yaxın saatlarda təşkilata kimin rəhbərlik edəcəyi məlum olacaq.