Azərbaycan ədəbiyyatı “Topaz”a oxşayır

Ələsgər Əhməd

Ələsgər Əhməd

18 yanvar 2022
# 11:00

Kulis.az saytı Ələsgər Əhmədin “Şeir üzrə Azərbaycan milli poeziyası” yazısını təqdim edir.

Azərbaycandakı şeir kitablarının təqdimatları Topaz premyerliqasına oxşayır. Bir adam məcburən 4 şairlə kitablaşır. Bunun adı, hara fırlatsan, "yoxluqdur". Səbəbləri nədir?

1. Milliyyətçi şairlər (8 noyabr şeirləri).

Şəhid şəkli ilə necə zəfər şeiri paylaşırlar, bilmirəm, amma necə yazırlar, bilirəm. Torpaq-bayraq - ilkin qafiyə, danılmazdır.

Məsələn:

Vahiməlidir bu oba, bu yurd

Barmaqlarımdan aya ulayır bozqurd.

Düzdür, onların belə poetik istedadı yoxdur, neynək, mən öz abrıma sığınıb "spontan" belə şey yazdım. Bu adamlar elə bilirlər ki, "türk" sözünə nə qədər qafiyə tapsalar, o qədər şairdirlər. Peyami Səfa demişkən: "olmadı, paşam, olmadı".

Axı elə deyil, axı dünyanın hər yerində camaat şeirdə vertolyotun günəşdən bal toplamağını öyrədir. İlahi qorxunuz olsun da. Niyə bacarmadığınız şeylə başqasının haqqını yeyirsiniz? Sizin profiliniz qarşıma çıxanda xəcalət çəkirəm.

2. Ənənə.

Bu sözə təmiz qafiyə tapan şairlərin əlini sıxıram. Bəs bunun problemi nədir? Yağışla-bağışla. "Allah, ölüm ver maaa" havası. Yoxsa ki, Vaqiflərin, Ramizlərin yıxdığı evlərin kiçik sakinləri? Qardaş birinci şeirində artıq ölmək istəyir. Qadam, gözlə də, bəlkə, daha yaxşısını yazacaqsan. Səni qınamıram e, uzağı Cəmal Sürəyyaya qədər oxumusan. Özü də bilirsən hansı misraları?

“Kadınlar o kadar güzel ki, tanrım

Öteki dünyamdan kadın olarak gelsem, eşcinsel olurum”.

"Anna o qədər gözəldir ki, yenidən dünyaya qadın kimi gəlsəm, yenə Annanı sevərəm".

Get, bu əsəri oxu, başına dönüm. Hətta sənə deyirəm ki, Kiçik İsgəndərdən başqa türk şairi oxuma. Daha onun da "sensizim" fikirini oğurlama ha, o bizdə “sənsizəm” yazılır. Birdən, sevgilinə şeir yazmaq istəsən, xalxın qızını daşa-divara çırpma, vəfasızcasına. Ya da həyasızcasına.

3. Darıxan qadınlar.

Bunlar iki yerə ayrılır (və ölür). Yaxşı, zarafat bir yana. Onların bir qismi yazır, bir qismi də yazdırır. Qəribəsi odur ki, bir-birinə yazıb yazdırırlar. Məhşur rəy: "Oyyy gözəlim, çox duyğulu yazmısan" Burda bir sevindirici tərəf var, o da "duyğusal" yox, məhz duyğulu yazmaqlarıdı. Prosesdəki şeir budur. Gələk indi o darıxan qadınların şeirlərinə, hamısını yığsaq, Didem Madakın bir misrası etmir, biz yenə də yığaq.

Sən yoxsan,

yaşım 90-san

Mənsizlikdən qorxsan, "vzv" atarsan.

Yəni, hamısını bir yerə yığanda ağsaqqalları bu bənddir. Hər ay "regl" kimi kitab çıxarırlar, nə olub, axı nə edirsiniz? Van minut! Çıxıb sizin şeirinizi tribunadan oxumayacaqlar. Gördün, ey növcəvan, bu hələ yazanlarıdır. Yazdıranlardan Allah saxlasın. Dünyanın ən mənasız şeyləri şərab şüşəsi bitdikdən sonra başlayır.

4. Təkrarlama.

Azərbaycanda plagiat ilə tutuzdurmaq vəzifəyə keçmək kimi bir şeydir. Yalandan vəzifəyə. Məsələn, sizin buğda dənəsinə qarışqa misalı söykənən şairiniz var ki, onu hansı iran şairinin divanından qaldırıb, bilirəm. Özündən soruşsanız, deməyəcək. Hə, onu deyirəm axı. Siz də bilmirsiz, çünki oxumursuz. Mən daha çox şeir oxuyuram ki, daha çox təkrarlamayım. Yoxsa nə var e, iki dənə yapon hayikusunu ard-arda paylaşaram, "orqazm" olarsız. Bəlkə, özümdən sitat verim? Ya da qalsın, götürüb edərsən, sənin adından məşhur olar.

5. Ən vacibi: Yazmamaq!

Elədi də, mən bayaqdan bunları deyirəm, gözünü döyürsənsə, tiftiklənmiş məktəb sevgindən, nə bilim, çaxırın qadın halqasındasansa, söz oyununu "salam" kimi uğursuz verirsənsə, yazma da, əzizim, yazma. Heç nə itirmirsən, ədəbiyyat qazanır.

6. Burada isə haqq ilə batil müəyyən olur.

Mən hansısa üsyankar şeirimə görə cəza çəkəndə sən romantik feysbuk şairi, qadın inbokslarında cavab gözləyirdin. Film və musiqi aşiqi sən. Düzdür, Azərbaycanda doğulmaq həyata 1:0 geri başlamaq yox, futbol üzrə milli komandamız kimi 5+ qol buraxmaq kimidir, amma bunun sənə heç bir aidiyyatı yoxdur.

Milli demişkən, bir ara istədim Mahir Emreli kimi çıxım gedim, Emin Mahmudov taleyinə transfer oldum.

"Keçək indi, tədbirin bədii hissəsinə". Və bunun sənə, heç bir aidiyyatı yoxdur.

# 2283 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #