Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı "İnanıram" monotamaşası ilə çıxış etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı "İnanıram" monotamaşası ilə çıxış etdi
10 noyabr 2023
# 15:15

Mədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərləri yeni mövsümdə də davam etdirir.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Zəfər günü münasibəti ilə təşkil etdiyi "Zəfər" Musiqi və Teatr Festivalında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, "İRƏLİ" İctimai Birliyinin tərəfdaşlığı ilə noyabrın 8-də Ağdamın Quzanlı kəndində yerləşən Ağdam Dövlət Dram Teatrında "İnanıram" monotamaşası ilə çıxış edib.

Tamaşanın nümayişindən əvvəl Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov çıxış edərək Zəfər günü münasibəti ilə tamaşaçıları təbrik edib, şəhid analarını və qaziləri salamlayıb. Daha sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppa rəhbəri Ələsgər Muradxanlı, "İnanıram" monotamaşasının quruluşçu rejissoru Elşad Rəhimzadə, "İRƏLİ" İctimai Birliyinin layihələrlə iş üzrə katibi Riad Cəbrayılov çıxış ediblər.

Ülviyyə Heydərovanın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin rejissoru Elşad Rəhimzadədir. Tamaşada ana rolunu aktrisa Zemfira Əbdülsəmədova canlandırır.

Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür...

Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.

# 2109 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər