Azərbaycan "Avroviziya"da iştirakdan imtina etməyib

Azərbaycan  "Avroviziya"da iştirakdan imtina etməyib
23 sentyabr 2025
# 12:23

Azərbaycanın “Avroviziya”dakı nümayəndə heyəti ölkəmizin İsrailə görə yarışmadan iştirakdan imtinası ilə yayılan xəbərlərə münasibət bildirib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın “Avroviziya”dakı nümayəndə heyətinin media rəhbəri Turab Teymurov bildirib ki, İsrailin “Avroviziya” mahnı müsabiqəsində iştirak etmədiyi təqdirdə, Azərbaycanın yarışmadan imtina edəcəyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

“İsrail və ya başqa dövlət olsun, biz siyasətə qarışmırıq”, - Turab Teymurov qeyd edib.


Qeyd edək ki, Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında Azərbaycan dövləti adından “Avroviziya 2026"da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə xəbərlər tirajlanıb.

Hələ ötən həftə APA-nın əldə etdiyi xəbərə görə, Dubrovnik şəhərində 15–16 sentyabr tarixlərində keçirilən tədbirdə 6 ölkə - İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika yayımlayıcıları rəsmi şəkildə bəyanat verərək bildiriblər ki, əgər İsrail yarışmaya buraxılarsa, onlar iştirakdan imtina edəcəklər.

Tədbir çərçivəsində bu kontekstdə hər hansı bir müzakirə aparılmayıb, eyni zamanda, digər ölkələr və Azərbaycan tərəfdən də qeyd olunan təkliflə bağlı hər hansı açıqlama və ya başqa şərh verilməyib.

2–4 dekabr tarixlərində Cenevrədə keçiriləcək EBU-nun Baş Assambleyasında İsrailin iştirak məsələsi üzv ölkələrin səsverməsinə çıxarılacaq.

Beləliklə, qərar müsabiqə rəhbərliyi tərəfindən deyil, məhz EBU üzvləri tərəfindən veriləcək.

Elə bu səbəbdən də təşkilatçılar yarışmadan maliyyə cəriməsi olmadan imtina üçün son tarixi 10 dekabradək uzadıblar.

# 1150 dəfə oxunub

Oxşar xəbərlər

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

18:33 9 sentyabr 2026
Firuzə İbadovanın son vəziyyəti - Qızından açıqlama

Firuzə İbadovanın son vəziyyəti - Qızından açıqlama

18:00 9 sentyabr 2026
“Snoop” filminin yayım tarixi açıqlandı

“Snoop” filminin yayım tarixi açıqlandı

16:30 9 sentyabr 2026
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan tutuldu

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan tutuldu

16:19 9 sentyabr 2026
Məşhur pilotun həyatı ekranlaşdırılacaq

Məşhur pilotun həyatı ekranlaşdırılacaq

16:00 9 sentyabr 2026
Xalq artisti Aleksandr Şarovski dəfn edildi - Yenilənib

Xalq artisti Aleksandr Şarovski dəfn edildi - Yenilənib

15:50 9 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər