Anar haqqında iki kitab yayımlandı

Xalq yazıçısı Anar

Xalq yazıçısı Anar

14 mart 2023
# 15:00

Bu günlərdə Türkiyənin nüfuzlu ədəbiyyat təşkilatı olan Türk Ədəbiyyatı Vaqfında «Tedev» Yayınlarından Xalq yazıçısı Anar haqqında İmdat Avşarın tərtibatı ilə məqalələr toplusu - «İki əsrin qovşağında bir yazar: Anar» və Pərvin Nurəliyevanın müəllifi olduğu «Çağının önündə bir yazar:Anar» adlı iki yeni kitab işıq üzü görüb.

Kulis.az xəbər verir ki, birinci kitab Türkiyənin önəmli söz-sənət adamlarının, alimlərinin yazıçının 85 illik yubileyinə yazdığı məqalələrdən ibarətdir. Burada Əli Yavuz Akpınar, Ataol Bəhramoğlu, İsa Həbibbəyli, Yəhya Akengin, Nəsrin Qaraca, Əhməd Bican Ərcilasun, Fikrət Türkmən, Yaqub Çelik, Əli Abdin Qaraca, Gökhan Tunc, Gülzar Məmmədova, Abuzər Bağırov, İmdat Avşar kimi türk dünyasının önəmli imzalarının yazıçının həyatı və yaradıcılığını incələyən yazıları yer alıb. Pərvin Nurəliyevanın kitabında isə Anarın Türk dünyası qarşısında xidmətləri və ümumtürk ədəbiyyatına aid araşdırmaları haqqında məqalə-esselər yer alıb. Kitabı Türkiyə türkcəsinə çevirən yazıçı-tərcüməçi, «Türk Ədəbiyyatı dərgisi»nin baş redaktoru İmdat Avşardır.

Türk Ədəbiyyatı Vaqfının rəhbəri, şair Sərhat Kabaklı bu cür kitabların çapının son dərəcə vacib olduğunu bildirib: «Beş il öncə İstanbulda Ustad Anarın 80 illik yubileyini qeyd edəndə demişdik ki, əziz dostumuz çox yaşasın, yaratsın, biz də onun növbəti yubileylərin təbrik edək. Bu dəfə yubiley çərçivəsində işlərimiz daha genişdir. Arzumuz odur ki, Anarımızı yeni nəsil türk oxucusu tanısın, sevsin. Anarımız deyirəm ona görə ki, Anar bütün türk dünyasının ortaq dəyəridir. Həm Pərvin Nurəliyevanın kitabından, həm də İmdat Avşarın tərtib etdiyi məqalələr toplusundan bir daha anladıq ki, Anar qardaş xalqların və onların ədəbiyyatının yaxınlaşması üçün necə böyük işlər görüb. Mən əziz Anar müəllimi təbrik edirəm. Qalan ürək sözlərimi Türkiyədə, İstanbulda düzənləyəcəyimiz tədbirlər deyəcəm...»

Kitabların tərtibatçısı və tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi İmdat Avşar bu il Türkiyədə Anar yubileyi ilə bağlı planların geniş olduğunu bildirib: «Ustadın yubileyinə həsr etdiyimiz bu iki kitab görmək istədiyimiz işlərin uğurlu bir başlanğıcıdır. Arzum o idi ki, bu dəfə yeni yazılar qələmə alınsın, yeni kitablar çıxsın. Tərtib etdiyim kitabda imzası olan hər kəs öz tanıdığı, sevdiyi Anarı təqdim edir türk oxucusuna. Hal-hazırda Ustadın nəsr əsərlərini də Türkiyə türkcəsinə yenidən çevirirəm, yaxınlarda üç romanı çapdan çıxacaq İstanbulda. Anar Türk dünyasının yaşayan Dədə Qorqud ödülünün sahibidir. Məhz belə dəyərlərimizi təbliğ etməyə, gənc nəsilə tanıtmağa ehtiyac var. Bu işlərdə böyük çabalar göstərən, hər cür dəstəyini əsirgəməyən əziz Sərhat Kabaklıya, Türk Ədəbiyyatı Vaqfı ailəsinə çox minnətdaram...»

# 3864 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər