Amnistiya aktı Ağadadaş Ağayevə də şamil olundu

12 yanvar 2026
# 12:00

Amnistiya aktı Xalq artisti Ağadadaş Ağayevə də şamil olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Probasiya xidmətinin Ağadadaş Ağayevlə bağlı təqdimatına baxılıb.

Bu gün Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Amnistiya aktı üzrə Ağadadaş Ağayev şərti cəzanın çəkilməmiş hissəsindən azad edilib. Onun üzərindən məhkumluq götürülüb.

Qeyd edək ki, 2024-cü il iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.
Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.
Ötən il yanvarın 8-də Xalq artisti Ağadadaş Ağayevlə hospital, mühafizəçi və xadimə arasında barışıq əldə olunub.
Daha sonra Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiasına xitam verilməsi barədə qərar çıxarıb.

Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti təyin olunub və cəza şərti hesab olunub.

Nürəddin Cəlilov 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, cəza şərti hesab olunub, 2 il sınaq müddəti təyin edilib.

***

11.31

Amnistiya aktı üzrə Xalq artisti Ağadadaş Ağayevin işinə baxılır.

APA xəbər verir ki, bununla bağlı Binəqədi rayon Məhkəməsində iclas başlayıb. Məhkəmədə Ədliyyə Nazirliyi Probasiya xidmətinin təqdimatına baxılır.

Ağadadaş Ağayevin şərti cəzanın çəkilməmiş hissəsindən azad ediləcəyi bildirilir.

Qeyd edək ki, 2024-cü il iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.
Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.
Ötən il yanvarın 8-də Xalq artisti Ağadadaş Ağayevlə hospital, mühafizəçi və xadimə arasında barışıq əldə olunub.
Daha sonra Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiasına xitam verilməsi barədə qərar çıxarıb.

Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti təyin olunub və cəza şərti hesab olunub.

Nürəddin Cəlilov 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, cəza şərti hesab olunub, 2 il sınaq müddəti təyin edilib.

# 1121 dəfə oxunub

Oxşar xəbərlər

Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında

17:00 24 iyul 2026
Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb

15:46 24 iyul 2026
“Space TV”nin bank hesablarına həbs qoyuldu

14:46 24 iyul 2026
Fatih Altaylı və Hazal  Kaya ifadəyə çağırıldı

14:30 24 iyul 2026
“Kamal Abdulla və postmodernizm”  kitabı ingilis dilində çap olundu

14:00 24 iyul 2026
İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

13:30 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər