AMEA-da yeni şöbə yaradılacaq

AMEA-da yeni şöbə yaradılacaq
9 yanvar 2026
# 16:07

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsinin yaradılması barədə qərar qəbul edilib.

Kulis.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, AMEA-da Azərbaycan Prezidentinin dövlət dili ilə bağlı müəyyən etdiyi və ardıcıl şəkildə həyata keçirdiyi strategiyanın əməli fəaliyyətə çevrilməsi məqsədilə bir sıra mühüm tədbirlər görülüb: “Bu istiqamətdə atılan addımlar dil siyasətinin elmi əsaslar üzərində daha da möhkəmləndirilməsinə xidmət edir. Artıq akademiyada uzun illər fəaliyyət göstərən, dilçilik sahəsində mühüm rol oynayan Müasir Azərbaycan dili şöbəsinin bazasında daxili imkanlar hesabına yeni bir strukturun — Müasir Azərbaycan dili və nitq mədəniyyəti adlı şöbənin yaradılması barədə qərar qəbul edilib. Bu şöbə Azərbaycan dilinin norma və qaydalarının öyrənilməsi, nitq mədəniyyətinin inkişafı və dilin düzgün istifadəsinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır”.


İsa Həbibbəyli qeyd edib ki, bu günə qədər müxtəlif istiqamətlər üzrə hazırlanmış izahlı terminologiya lüğətləri, Azərbaycan dilinin izahlı lüğəti, arxaik sözlər lüğəti və dialekt sözlər lüğətləri sistemləşdirilməli, yeni dövrün reallıqları ilə zənginləşdirilməlidir.

Akademik vurğulayıb ki, bu lüğətlərin həm kitab şəklində, həm də onlayn platformalar vasitəsilə ictimaiyyətə təqdim olunması qarşımızda duran əsas məsələlərdən biridir: “İnanıram ki, bu ümumi lüğət layihələrinin həyata keçirilməsi Azərbaycan dilinin inkişafına, qorunmasına və gələcək nəsillərə daha dolğun şəkildə ötürülməsinə mühüm töhfə verəcək”.

# 1348 dəfə oxunub

Oxşar xəbərlər

Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
"Söhbət zamanı kiminsə adını çəkmək təsadüfi bir sığala bənzəyirdi..." - Holland yazıçıdan sitatlar

"Söhbət zamanı kiminsə adını çəkmək təsadüfi bir sığala bənzəyirdi..." - Holland yazıçıdan sitatlar

13:30 30 oktyabr 2026
Qarabağ Milli Parkının yaradılması ilə bağlı işlərə başlanıldı

Qarabağ Milli Parkının yaradılması ilə bağlı işlərə başlanıldı

13:21 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər