"AKİDocs" beynəlxalq layihəsi başa çatıb

"AKİDocs" beynəlxalq layihəsi başa çatıb
8 may 2025
# 12:30

Azərbaycan Kinematoqrafçılar İttifaqı 2025-ci il aprelin 1-də “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə müraciətlərin qəbulunu elan etmişdi.

Kulis.az xəbər verir ki, 22-29 aprel tarixlərində baş tutan layihəyə 11 iştirakçı və 4 müşahidəçi qəbul olunmuşdu.

Sənədli filmlər üzrə mütəxəssis Tue Steen Müllerin mentorluğu ilə keçirilən layihə, həm də iştirakçıların juri önündə təqdimatı ilə başa çatıb. Jüri heyətinin tərkibi AKİ-nin icraçı katibi Əli İsa Cabbarov, rejissor və quruluşçu operatorlar Daniel Quliyev və Oktay Namazovdan ibarət idi.

Jürinin qərarına əsasən layihənin qaliblərini təqdim edirik.

Çəkilişə dəstək mükafatı – “Dado” – rejissor Azər Allahverdi

Xarici layihədə təqdimat etmək üçün səyahət dəstəyi mükafatı – “Səma köçəriləri” – rejissor Aytac Süleymanova, prodüser Elməddin Süleymanov

Pre-production + tizerə dəstək mükafatı – Adsız, yaddaş – rejissor Nərgiz Məmmədli, prodüser Ələmdar Faiq

Post-productin mərhələsinə dəstək mükafatı – Cahanın əlifbası – Rejissor Elcan Məmmədov, prodüser Zərif Bəkirova.

Logistika dəstəyi mükafatı – Mənim virtual evim – Rejissor Ülviyyə Əhmədova, prodüser Nicat Dadaşov

Pre-production mərhələsinə texniki dəstək mükafatı – Atılmış kənddə şirin xatirələr – rejisor Aynur Kazımova

Qeyd edək ki, layihənin qalibləri AKİ tərəfindən maliyyə və təşkilati dəstəklə təmin olunacaqlar.

# 1950 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər