Uşaqlar məktəblərin bağlanmasına niyə bu qədər sevinir?

 Uşaqlar məktəblərin bağlanmasına niyə bu qədər sevinir?
3 mart 2020
# 11:18

Valideynlərin əksəriyyəti məlum səbəblərdən məktəblərin bağlanmasını istəyirdilər. Təbii idi. Biz uşaqlarımızı düşünməliyik.

Çox keçmədi, bütün təhsil müəssisələri, o cümlədən, məktəblər, bağçalar dezinfeksiya edilməsi qərara alınaraq müvəqqəti bağlandı. Analardan, atalardan çox uşaqlar bu xəbərə sevindi. Virusdan daha ciddi, bizi düşündürən sual meydana çıxdı: Məktəblərin bağlanması uşaqları niyə bu qədər sevindirsin?

Axı biz uşaqlarımızın təhsil almağını, cəmiyyətə faydalı fərd kimi yetişməsini istəyirik.

Amma uşaqlar məktəbi, müəllimi sevmir.

Səbəb?

Məlumdur ki, son vaxtlar müəllimlərin ictimaiyyət arasında nüfuzu düşməkdədir. Seçkilər, fond pulu, 8 Mart, süpürgə pulu, müəllimlər günü, Yeni il, Novruz... Uşaqlar təhsil almağa yox elə bil müəllimlərə xidmətə yollanırlar.

Gülsüm müəllimi yada salaq. Bu günlərdə gündəmdən düşmür. Rəqs edib, qısa vaxtda özünü motivasiya edib. Görən, Gülsüm müəllimin şagirdləri də bu xəbərə sevindi?!

Nə vaxta qədər uşaqlar məktəbə gedəndə dərs haqda, kitab haqda yox, süpürgə pulu barədə düşünəcəklər?

Suallar “en” qədər...

Dezinfeksiya deyirsiz. Sosial şəbəkələrdə fotolar yayıldı. Əlində “pepsi” butulkası bir qadın divarların künclərini, qapıları dərmanlayır. Fotodan görürük ki, qadın həvəskardır. Bu işin peşəkarı deyil. Deyiblər, belə elə, o da deyilənə baxır. Bütün bunları və bunlara bənzər çoxlu detalları uşaqlarımız görür. Və məktəbi, təhsili, kitabı qeyri-ciddiyə alır.

Alacaq da!

İndi bizi düşündürən koronavirusdur. Əminəm, cəmiyyətimiz bu problemi də adladacaq, amma bir dərd, bir ağrı bizimlə qalıb işıqlı gələcəyimizi həmişə şübhə altında saxlayacaq: uşaqlarımızın məktəbi sevməməsi!

Bu, təsadüfi deyil və inanın, koronovirus bəhanədir. Daha dəqiqi uşaqların məktəbi bu qədər sevməməsi, onun bağlanmasını böyük bayram kimi qarşılaması bizim məmləkətə xas səbəbləri ilə hər cür virusdan təhlükəlidir.

# 3994 dəfə oxunub

Oxşar xəbərlər

Cəlil Məmmədquluzadənin Tbilisidəki barelyefində “Azərbaycan” sözü bərpa olundu

Cəlil Məmmədquluzadənin Tbilisidəki barelyefində “Azərbaycan” sözü bərpa olundu

12:52 25 oktyabr 2025
Şahnaz Haşımovanın vəziyyəti açıqlandı

Şahnaz Haşımovanın vəziyyəti açıqlandı

12:37 25 oktyabr 2025
Ayşe Barımla bağlı həbs qərarı ləğv edildi

Ayşe Barımla bağlı həbs qərarı ləğv edildi

12:10 25 oktyabr 2025
Qapı arxasındakı həqiqət - İman İmanlının hekayəsi

Qapı arxasındakı həqiqət - İman İmanlının hekayəsi

11:35 25 oktyabr 2025
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq

Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq

10:20 25 oktyabr 2025
Mirzə Cəlilin Tbilisidəki barelyefində “Azərbaycanın” yazısı silindi  - Səfirlik məsələni nəzarətə götürdü

Mirzə Cəlilin Tbilisidəki barelyefində “Azərbaycanın” yazısı silindi - Səfirlik məsələni nəzarətə götürdü

18:36 24 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər