Teatr rəhbəri Prezidentə müraciət etdi

Teatr rəhbəri Prezidentə müraciət etdi
30 sentyabr 2020
# 18:45

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru prezidentə müraciət edib.

Kulis.az xəbər verir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə müraciət edib.


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə

Hörmətli Cənab Prezident!

Uzun illərdir işğal altında olan müqəddəs torpaqlarımızın mənfur düşməndən azad edilməsi yolunda Sizin rəhbərliyinizlə atılan qətiyyətli addımlar xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında ordumuza və insanlarımıza güc verir.

Ümidvarıq ki, Sizin – Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz tezliklə işğal altında olan torpaqlarmızı işğalçılardan təmizləyəcək və xalqımız Qarabağın hər bir yerində bu qələbə bayramını qeyd edəcək. Xalqımız qəbul etdiyiniz hər bir qərarı alqışlayır və bu haqq savaşında yanınızda olduğunu bəyan edir.

Bu gün Azərbaycan Ordusu öz dövlərimizin ərazi bütovlüyünü qoruyur, müdafiə edir. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.

Sizin də dediyiniz kimi "Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik."
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı cəsarətli addımlarınızı daim dəstəkləyir, bu şərəfli missiyanın uğurla başa çatdırılmasında, doğma Qarabağımızın düşmənlərdən tam azad olunmasında uğurlar arzulayır.
Bildiririk ki, biz yekdilliklə Sizin əmrinizlə ön cəbhədə də vuruşa hazırıq. Təki bu haqq savaşında qələbə qazanaq.

Xalqımızın bütün fərdləri kimi Sizə inanır və son nəfəsədək yanınızda olduğumuzu bəyan edirik.

Hörmətlə, kollektiv adından teatrın direktoru Rəşad Əhmədzadə.

# 2709 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər