Rusiyada Şuşa haqqında kitab nəşr olundu

Rusiyada Şuşa haqqında kitab nəşr olundu
5 yanvar 2021
# 11:40

Həmyerlimiz, rusiyalı yazıçı Sabit Əliyevin “Mənim evim Şuşa” adlı kitabı Rusiyada işıq üzü görüb.

Kulis.az xəbər verir ki, tanınmış stomatoloq və Moskva klinikalarının birinin baş həkimi Sabit Əliyev “Mənim evim Şuşa” povestində Qarabağda müharibəni yaşamış və doğma yerləri tərk etmək məcburiyyətində qalan ailələrdən birinin tarixçəsindən söhbət açır. Əsərin baş qəhrəmanı Azərbaycanın dağ kəndində doğulmuş bir gəncdir. O artıq yaşa dolub, tanınmış yazıçıdır, lakin ötən illər onun yaralarını sağalda bilməyib, hələ də dünyaya balaca oğlanın gözləri ilə baxır.

Sabit Əliyevin öz kitabını başa çatdırması ilə demək olar ki eyni vaxtda Şuşa və Qarabağın digər şəhərləri işğaldan azad edilib. Bu fakt sanki müəllifin uzaqgörənliyinə dəlalət edir.

Müəllif vurğulayır: “Biz uzun müddət rahat nəfəs ala bilmirdik. Lakin artıq bu gün bizim evimiz Şuşa azaddır və artıq hər birimiz rahat nəfəs ala bilərik”.

Sabit Əliyevin kitabı “LitRes”, “Labirint”, “Mybook”, “Bookmate” və digər rusdilli kitab portallarından oxumaq üçün əlçatandır.

# 2271 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər