Rusiya və Azərbaycanın balet ulduzları "Qu gölü"ndə bir araya gəldilər

Rusiya və Azərbaycanın balet ulduzları "Qu gölü"ndə bir araya gəldilər
17 fevral 2020
# 12:34

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaçıların çox sevdiyi və hər zaman böyük maraqla qarşıladığı Pyotr Çaykovskinin “Qu gölü” baleti növbəti dəfə təqdim olunub.

Teatrın mətbuat xidmətindən Kulis.az-a bildirilib ki, səhnə əsərində baş rolları rus baletinin ulduzları - Rusiya Dövlət Akademik Böyük Teatrının prima-balerinası, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Kristina Kretova (Odetta-Odilliya) və Sankt-Peterburqun Mariinski adına Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycan Respublikasının Əməkdar artisti, həmyerlimiz Timur Əsgərov (Şahzadə Ziqfrid) ifa ediblər.

Baletdə, həmçinin Azərbaycan Opera və Balet Teatrı balet truppasının aparıcı solistləri - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Elmira Süleymanova, Cəmilə Kərimova, solistlər Timur Oduşev, Ayan Eyvazova, Yuliya Ferştandt və başqaları çıxış ediblər.

Səhnə əsəri baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.

# 4122 dəfə oxunub

Oxşar xəbərlər

Qəbələdə XV Beynəlxalq Musiqi festivalının növbəti konsert proqramı keçirildi

Qəbələdə XV Beynəlxalq Musiqi festivalının növbəti konsert proqramı keçirildi

18:53 30 iyul 2026
Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi

Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi

18:04 30 iyul 2026
Həyatımın ən məsum illərini qoyub getdiyim məkan - Aidə Ramizqızı

Həyatımın ən məsum illərini qoyub getdiyim məkan - Aidə Ramizqızı

16:50 30 iyul 2026
“GabalaFest”də Vyetnam musiqisi

“GabalaFest”də Vyetnam musiqisi

16:13 30 iyul 2026
Bəşəri analıq hissi - Henri Murun məşhur heykəli nəyi anladır?

Bəşəri analıq hissi - Henri Murun məşhur heykəli nəyi anladır?

15:50 30 iyul 2026
"Sevgidə nə qədər eqoistlik var imiş..." - Emili Brontenin "Tufanlı yoxuşlar"ından bir hissə

"Sevgidə nə qədər eqoistlik var imiş..." - Emili Brontenin "Tufanlı yoxuşlar"ından bir hissə

15:30 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər